De, niyə vaxtından erkən oyandın, Ağarma amandır bəyaz saçlarım… – Zəkiyə Elbəyi qızı

De, niyə vaxtından erkən oyandın,  Ağarma amandır bəyaz saçlarım… – Zəkiyə Elbəyi qızı

DƏNİZ

Ey mənim sirdaşım,duyğulu dəniz

Bu gecə qoynuna qonaq gəlmişəm.

Ey mənim dərd ortağım,qayğılı dəniz

Yene də bir qucaq qınaq gəlmişəm.

 

Aç mənə qoynunu,qoy sənin olum,

Sahillər,ləpələr bizi qısqansın

Səninlə qocalım,səninlə ölüm

Üzünə nur verən ay da utansın.

 

Bilirsən,ikimiz çox bənzəyirik

Gah susub durursan,gah coşqun dəniz

Əlini uzadıb məni səsləyir

Məni soraqlayır bu susqun dəniz.

 

Bu gecə qoynunda qoy itim-batım

Geriyə qaytarma mən sənin olum.

Sənin sularında yazım-yaradım,

Uzağa aparma tək sənin olum.

 

Bu aylı gecədə edək bir günah

Tellərim sinəndə islansın yenə

Sənin cənnətinə aparım pənah

Eşqim dərinlərə yollansın yenə.

 

Ey gözləri nəmli,mavili dəniz,

Ey mənim əzizim işvəli dəniz,

Əlimi buraxma bir anlıq belə

Gəl olaq səninlə sevgili,dəniz!

 

Məni itirənlər səndə axtarsın

Axtarsın-arasın,amma tapmasın.

Mən belə də xoşbəxtəm sənin yanında

Səndən başqası da mənim olmasın.

 

Bir az gəzim qumlu sahillərində

Sonuncu şeirimi bitirim burda

Mənim taleyim ki,öz əllərində

Hüsnünə namələr gətirim burda.

 

Bizim ikimizi ayırmasınlar

Qalmaram bir an da,sənsiz ölərəm!

Ruhumu geriyə çağırmasınlar,

Yaşamam dünyada,sənsiz ölərəm!

 

Qərq olum,yox olum,qarışım sənə,

Sar mənə qolların gəl çıxaq gedək.

Bir az məhəbbətdən danışım sənə,

Bizim eşqimizi müqəddəs edək!

 

Divanə qadın

Hər yerdə axtardım tapmadım səni

Gizlədim,qəlbimdən atmadım səni

Vallah özümə də qıymadım səni

Adımı sən qoydun biganə qadın.

 

Gör necə sərxoşam,sevgilim necə

Səni qucaqlayım,oxşayım bircə

Yandırıb həsrəti gəlsən bu gecə

Olaydım oduna pərvanə qadın.

 

Ayrılıq köksümə ağırlıq etdi,

Yarımçıq bəxtimdən ogurluq etdi

Nə etdiysə bizə ayrılıq etdi

Olaydım qəlbində yeganə qadın.

 

Sən bu məhəbbəti oyunmu sandın

Yandığım atəşi odunmu sandın

De məni biganə qadınmı sandın

Həsrətdən qarışdı torpağə qadın.

 

Ən yaxşı nə danış,nə də gileylən,

Bağla gözlərini mən yuxun olum.

Qapı-pəncərəni açıq qoy hərdən

Bəlkə qonaq gəldi röyanə qadın.

 

Pərişan tellərimi dola boynuna

O yanan atəşi qala qoynuna

Məni sevdiyini ala boynuna

Söyləyə olmuşam viranə qadın!

 

Ruhum bu zindanda ilişib qalıb

Büsbütün kül olub,alışıb qalıb

Qara kabuslara qarışıb qalıb

Həsrəti göndərsin hayanə qadın?!

 

Oturub yollara baxma boşuna

Qarışma Allahın doğru işinə                                      Son kəz yazdırarsan məzar daşıma

Mən sənə olmadım biganə qadın.

 

MAVİ GÖZLƏR                                                      Ah məni özündə boğan o gözlər,

Bir gün sahilinə enə biləydim.

O dərya gözlərin maviliyində

Bir daha doğulub ölə biləydim.

 

Sənin qollarında ölmək savabdır,

Göz açdım sahilində,sənsən vətənim.

İtim gözlərinin dərinliyində

Sahili özündən ayrı düşənim.

 

Göz yaşları dəniz dadan sevgilim,

Duyğularım dilə gəlsin bu gecə.

Al qoynuna qoy tellərim islansın,

Ruhum çıxsın sənə gəlsin bu gecə.

 

Demə mənə “məni sevmək yasaqdır”

Bəlkə də qovuşsam sənə ölərəm

Sənçün ölmək mənim üçün savabdır

Çağır məni,qaça-qaça gələrəm.

 

Bir gün sahilindən keçəcəm sənin

O çılğın saçlarını oxşayacam mən.

Ölüb ürəyinə köçəcəm sənin

Bəlkə də heç sənin olmayacam mən.

 

Ürəyim döyünür məhəbbətinlə

Körpə uşaq kimi kövrəkləşirəm.

Eşqim alovlanır hərarətinlə

Səni sevərək mən gözəlləşirəm.

 

Qorxuram ağlasam axan o yaşlar

Adını qəlbimdən silib aparar

Mavi baxışları mənə qıymasan

Ruhumu əzrayil gəlib aparar.

 

 

Allah

Amin dedim, varlığına sığındım

Namazınla ,orucunla ovundum.

Hüzurunda diz çökərək dayandım

Özün dayağımda durasan, Allah

Dar gündə yanında olasan, Allah.

 

Dünya vəfasızdır mömünü əzər

Nadanlar sinəmi çarmıxa çəkər.

Şeytanlar vəsvəsə toxumu səpər

Məni zalımlardan qoru sən Allah

Hər zaman yadına salasan, Allah.

 

Nankordur insanlar, yaxşılıq bilməz

Bu dünyada yaxşı olan sevilməz

O sənin eşqindən bu can neyləməz

Nəzərin üstümdən götürmə Allah,

Çəkdiyim zəhməti itirmə, Allah.

 

Canlını ,cansızı qoşa yaratdın

Insanı dünyada yaşa yaratdın

Boyda dünyanın boşa yaratdın

Dövran tərsinədir görürsən. Allah

Sən mənim dərdimi bilirsən, Allah.

 

 

Qardaş qardaşının qanını tökür

Körpələr yazıqdır boş yerə ölür

Balası ananın gözünün didir

Özünü yetirib gələsən Allah

Bizim üçün yerlərə enəsən, Allah.

 

Üsyan eləmirəm, etmərəm günah

Salmaram özgənin payına tamah

Sənin hüzuruna gətirim pənah

Ruhumu geriyə alasan, Allah,

Məni cənnətinə salasan, Allah.

 

BİRCƏ NƏFƏR VAR

Bu gecə üzümü sıxıb balınca,

Ağladım vəfasız yarın dalınca

Onu sevəcəyəm ömrüm boyunca

Uğruna öldüyüm bircə nəfər var.

 

İblisdir yaranıb mələk donunda

Bitirdi,məhv etdi məni sonunda.

Xəbəri qoy olsun elə onun da,

Mənim cənnətimdə bircə nəfər var.

 

O mənim gözümdə hicran yuxusu

O mənim bəxtimin vüsal qorxusu.

Göynəyir burnumda gözəl.qoxusu

Mənim həyatımda bircə nəfər var.

 

Onu bircə yolluq tapdım,itirdim,

Sevgi nağılını burda bitirdm.

Bu gecə röyamə səni gətirdim

Mənim zülmətimdə bircə nəfər var.

 

Əl açdım göylərə, odur pənahım,

Yoxdur özgəsinə inan,marağım.

Səni sevmək olsun mənim günahım,

Öz gizli dünyamda bircə nəfər  var.

 

Sən mənə doğmasan,mən sənə yadam,

Sənsən bu həyatda məni yaşadan.

Zəkiyyə səninçün əlçatmaz adam

Bil ki ürəyində bircə nəfər var.

 

BƏYAZ SAÇLARIM

 

Ömründən aldılar kədər verdilər

Qapqara zülfünü hədər verdilər

Qanına bəmbəyaz zəhər verdiler

Çətin ki, dirilə bəyaz saçlarım.

 

Sığallı saçlarım əldən inciyib

Oxşayan darağım teldən inciyib

Əyninə bəmbəyaz kəfən geyinib

Özünə yas tutur bəyaz saçlarım.

 

Dərdi böyük,dərmanı yox yazığın

Bircə ölüm fərmanı yox yazığın

Vaxt yetisib,zamanı yox yazığın

Qazıb öz məzarın bəyaz saçlarım.

 

Hüsnünə namələr söyleyim indi

Allahda arzular isteyim indi

De axi səninçün neyləyim indi

Sözümə baxmırsan bəyaz saçlarım.

 

Elə bil ki ,qəm çəkməyə yarandın

Öz əlindən özün belə usandın

De niyə vaxtından erkən oyandın

Ağarma, amandır, bəyaz saçlarım.

 

İlan kimi sən boynuma dolandın

Vaxtından tez bəyazladın,ağardın

Bilmədin ki, fani dunya yalandir

Əhdinə dönüksən sən də, saçlarım!

 

Gözlərim əksindən,aynadan küsüb

Elə bil saçıma qarlı qış düşüb

Olanlar olubdur,keçənlər keçib

Xoş gəldin ömrümə bəyaz saçlarim.

 

Zəkiyənin sən ömrünə yarısan

Zirvəsisən,başı üstə qarısan.

Nə fərqi var ya bəyazsan, qarasan

Möhtəşəmsən mənim bəyaz saşlarım

Nə gözəlsən mənim bəyaz saçlarım.

 

Zəkiyə Elbəyi qızı

 

Müstəqil.Az

Share: