“Delta” ən çox bu şəxslərə təsir edəcək

“Delta” ən çox bu şəxslərə təsir edəcək

“Delta” ştamı peyvənd olunmayanlara daha çox təsir edəcək. Bu səbəbdən də “delta” vaksin olunmayanların pandemiyasıdır.

Publika.az xəbər verir ki, bunu Türk Tibb Dərnəyinin Xalq Sağlamlığı şöbəsinin rəhbəri, Pandemiya üzrə İşçi Qrupunun üzvü Nəsir Nesanır deyib.

Peyvənd olunmayanların daha çox ölümlə üz-üzə qalacaqlarını bildirən Nesanır ABŞ-da və digər ölkələrdə ölümlərin 98 faizinin vaksin vurdurmayan insanlarda görüldüyünü qeyd edib.

 

 

Onun sözlərinə görə, ştam səhiyyə sistemini çökdürəcək və daha çox insan öləcək. Eyni zamanda daha az insanın peyvəndi olan bir ərazidə virus eyni anda çox insana yoluxarsa, vaksinasiyası sürətlə aparılan bölgələrə də yayılacaq və pandemiyanın şiddətini artıracaq.

N.Nesanır əlavə edib ki, 22 Afrika ölkəsində təsdiqlənmiş “delta” variantının orijinal virusdan 225% daha sürətli yayıldığı təsbit edilib.

“Delta” ştamına 50 yaşadək şəxslərdə və uşaqlarda 2,5 dəfə daha çox rast gəlindiyinə diqqət çəkən ekspert 5-12 yaş arası uşaqlar üçün peyvəndin təsdiqlənmədiyini və 12-18 yaş arası yeniyetmələrin isə hələ ki, Türkiyədə vaksinasiyasına başlanmadığını bildirib. Mütəxəssisin sözlərinə görə, yaşlı qrup peyvənd olunduğu üçün gənc və peyvənd olunmayanların COVID-19-un hər hansı bir variantına yoluxma riski daha yüksək olacaq.

Share: