Deputat örnəyi: Sabir Rüstəmxanlı Neftçalanın su savaşında ön cəbhədə

Son günlər Neftçala rayonunda içməli suyun şorlaşması, rayon sakinlərinin həyatında yaranan problemlər ciddi narahatçılıq yaradıb. Kür çayının səviyyəsinin aşağı düşməsi Salyan və Neftçalada içməli su probleminin yaranmasına səbəb olub. Bildirək ki, problemin ilk günündən Neftçalanın deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının  sədri Sabir Rüstəmxanlı məsələni ictimailəşdirmiş, həm ölkə mediasında, həm də Milli Məclisdə bu problemi qaldırmışdır.

 

Onu da qeyd edək ki, Neftçala rayonunda içməli su problemi ilə bağlı S.Rüstəmxanlı müvafiq qurumlara deputat sorğusu ilə müraciət etmişdir. Bu sorğuya cavablar göstərir ki, yaranmış situasiyada təbii faktorlarla yanaşı yerli məmurların səhlənkarlığının da böyük rolu var. Belə ki, S.Rüstəmxanlının problemin araşdırılması üçün Maliyyə Nazirliyinə göndərdiyi sorğunun cavabında bildirilir ki, Azərbaycan Respublikasının 2019-cu ul 11 dekabr tarixli 1687 nömrəli Sərəncamı ilə Neftçala şəhərinin su təhcizatının yenidən qurulması məqsədi ilə Azərsu ASC-yə 5 milyon manat məbləğində vəsait ayrılıb.

Başqa sözlə, dövlət öz vətəndaşının probleminin həlli üçün lazımi tədbirlər görüb, amma korrupsiya yenə önə keçib və nəticə ortadadır. S.Rüstəmxanlının MM dəki çıxışından, rayondan gələn həyəcanlı xəbərlərdən sonra bir dəfə Mingəçevirdən gələn su artırıldı, suyun şorluluğu azaldı, lakin sonra Xəzər yenə güc gəldi. Son günlərdə Kür boyu bəzi nasosların dayandırılması nəticəsində Kür yenə yüksəlir. Lakin bu mövsümdə nasosları uzun müddət dayandırmaq olmaz. Problemin daha fundamental həlli lazımdır. Azərsu da  deputatın həyacan təbili çalmasından sonra hərəkətə gəlib və, indi Neftçalaya içməli su kəmərinin çəkilişi xeyli sürətlənib, işlərin iki ay ərzində tamamlanacağı bildirilir.

Sabir Rüstəmxanlı Neftçalanın deputatı olaraq məsələni gündəməı gətirmək, əlaqədar təşkilatları hərəkətləndirməklə işini bitirməyib. Aldığımız məlumata görə bu günlərdə deputatın şəxsi vəsaiti ilə içməli sudan əziyyət çəkən sakinlərə su paylanıb və bu iş problem qaldıqca davam etdiriləcək.

Müstəqil.Az

Share: