Deputat Aqil Abbas parlametin bu gün keçirilən plenar iclasında bir neçə məsələyə toxunub.
Modern.az xəbər verir ki, deputat xalq yazıçısı Çingiz Abdullayevin şəhid anaları ilə bağlı səsləndirdiyi fikirləri dəstəklədiyini deyib:
“Bu gün şəhid ailələrinə hörmət və sevgilə yanaşılır. Əvvəllər Sovet ittifaqı qəhrəmanı və eləcə də 10 uşağı olana qəhrəman ana statusları verilirdi. Bu gün hər bir şəhid ailələrinə güzəştlər edilir. Çingiz Abdullayevin dediyi kimi, niyə şəhid anası medalı təltif edilməsin? Hamı onlara daha yaxşı və xüsusi yanaşsın. Hesab edirəm ki, bu medal təsis olunmalıdır. Bu məsələyə baxmaq olar”
Müstəqil.az