Yaz sessiyası çərçivəsində Milli Məclisdə ilk komitə iclasının vaxtı məlum olub.
Müstəqil.az xəbər verir ki, parlamentin Elm və təhsil komitəsinin yanvarın 18-də saat 11.00-da ilk onlayn iclası keçiriləcək.
İclasın gündəliyinə Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci ilin payız sessiyası dövründə Elm və təhsil komitəsində görülən işlər barədə hesabat və Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin yaz sessiyası üçün iş planının müzakirəsi daxildir.
Qeyd edək ki, Milli Məclisin deputatları sabah tətildən qayıdır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, deputatlar yanvar ayının 1-dən 15-dək tətilə buraxılır.
Tətil dövründə parlamentin deputatları məzuniyyətdə sayılırlar. Milli Məclisin yaz sessiyası fevralın 1-də başlayacaq və mayın 31-dək davam edəcək (apa).