Deputatlığa namizəd Əlibala Məhərrəmzadə deyibsə, burada pis nə deyib ki, başa düşülən deyil 

Deputatlığa namizəd Əlibala Məhərrəmzadə deyibsə, burada pis nə deyib ki, başa düşülən deyil 

Bir sıra saytlarda 59 saylı Quba Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Əlibala Məhərrəmzadənin adından məlumat yayılıb.

Xəbərdə bildirilir ki, o, ətrafına topladığı insanlarla danışarkən “Yoxsa gedir məscidə kimsə ona bir təriqət öyrədir, o birinədə gedib, başqa təriqət öyrənir. Məscidə 50-60 yaşlı insanlar getməlidir, 15-18 yaşlı uşağın məsciddə nə işi var?” deyib.

Yazılanlara görə, guya onun da bu sözləri inanclı insanların yaşadığı Qubanın dindar əhalisinin qəzəbinə səbəb olub.

Faktinfo.az saytı xəbər verir ki, yayılan məlumatdan 48 saat vaxt keçməsinə baxmayaraq, Əlibala Məhərrəmzadə bu barədə hər hansı əlavə fikir bildirməyib.Bu da şəxsin öz işidir.

Qaldı, məsələnin mahiyyətinə və yazılan fikirin hansı səbəbdən deyilməsinə, bunun Əlibala Məhərrəmzadə üçün təbliğat-təşviqat müddətində hər hansı mənfi tərəfi olmamalıdır. Yəni, onun sözlərində və fikrinin doğurduğu mənada pis və yaxud yalan nə var ki?

Çünki, məsələyə obyektiv yanaşsaq, qeyd etməliyik ki, 50-60 yaşında insan gənclik dövründən fərqli olaraq formalaşmış, püxtələşmiş, dünyagörüşlü və hardasa formalaşan təfəkkürə malik olur. Bu yaş kataqoriyasında əksəriyyət insan hər saat səhv etmir, dini inancına ifrata varmadan yanaşır, eləcə də hər saat kənar təsirlər altına düşmür. Yəni, imkan vermir ki, kimlərsə onun dini inancından sui istifadə etsin.

Lakin 50-60 yaşlı insanlardan fərqli olaraq, 15-18 yaşlı gənclərin kənar təsirlərə məruz qalma ehtimalı daha çoxdur. Ölkəmizdə bu hallara qarşı ümumi çağırışları çox eşitmişik, belə nümunələr yaşanıb. Dindən siyasi məqsədlər üçün istifadə edilməsi ən çox gənc yaşında olan nəsil arasında baş verib. Bu da təbii ki, dinin fəlsəfi mahiyyətinə ziddir, dini radikal niyyətlərin obyektinə çevirmək məqsədi daşıyır. Həmçinin, bu yaş qrupuna aid gənclərlə bağlı dünyada da narahatçılıq hələ ki, qalmaqdadır.

Qaldı, Əlibala Məhərrəmzadənin dediyi fikirdəki başlıca nüansa,15-18 yaşda olan gənclər oxuyub,təhsil almaqla bərabər məscidə getmədən evdə də Allaha ibadət edə bilərlər.Çünki,təhsilli gənc təbəqənin təriqətə cəlb edilməsi də çətindir,təsir altına düşməmə ehtimalı da yüksəkdir.

Deputatlığa namizəd Əlibala Məhərrəmzadə bu başlıca şərti nəzərə alıb deyibsə, burada pis nə deyib ki,başa düşülən deyil.

Faktinfo.az

Share: