Deputatlıqdan imtina etməsi üçün bıçaqlanan dahi bəstəkar

Deputatlıqdan imtina etməsi üçün bıçaqlanan dahi bəstəkar

Bu gün böyük bəstəkar Arif Məlikovun anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

***

Məlikov uşaqlığından evlərində tar ifaçıları, sənətkarlar, ifaçılar görür, onları canlı dinləyirdi. Ona görə də onun içində musiqi sevgisi cücərirdi. 14 yaşında ikən ona bağışlanan tar həyatında dönüş nöqtəsi yaradır.

***

Musiqi müəllimi Qara Qarayev olub. Böyük bəstəkardan aldığı yüksək təhsil onun gələcək taleyində mühüm rol oyanıb.

***

Bəsətkar Arif Məlikov vəfat etdi - © TURAN İNFORMASİYA AGENTLİYİ

26 yaşında yazdığı “Məhəbbət əfsanəsi” baleti ilə o, nəinki milli musiqidə və Azərbaycan daxilində, eləcə də bütün dünyada “Arif Məlikov” imzasının tanınıb sevilməsinə nail olmuşdu.

***

Ona dünya şöhrəti qazandıran “Məhəbbət Əfsanəsi” baletinin müəllifi Nazim Hikmət idi. Bəstə üçün Arif Məlikov nəzərdə tutulanda Nazim Hikmət onunla zarafat edir: “Sənin içində eşq varmı?” Arif Məlikov gülümsünür və onun hazırladığı balet Nazim Hikməti heyrətə gətirir.

***

Nazim Hikmətlə yaxın münasibətləri olub. Böyük türk şairi Bakıya gələrkən “öncə oğlumun yanına getməliyəm” deyərmiş.

***

Arif Məlikov 85 yaşı haqladı

Sovet dövründə Arif Məlikov Qorbaçovu təhqir edib. SSRİ Ali Sovet tribunasında çıxışında isə Dmitri Yazova (sovet dövlət xadimi – red) qatilsən deyib.

***

Arif Məlikov SSRİ Ali Sovetin deputatı olub. Dövrün ağır günləri imiş. Bakıda fövqəladə vəziyyət elan edilmiş, axşamlar küçəyə çıxmaq qadağan olunmuşdu. Görkəmli bəstəkar da heç nəyə məhəl qoymadan axşamlar maşını ilə şəhəri gəzir, əlisilahlı əsgərlərin yanından keçirdi. Bir dəfə hərbi komissarlıqdan çağırırlar, xəbərdarlıq edirlər, hətta atəş açırlar, xoşbəxtlikdən güllə Məlikovdan yayınır.

***

Arif Məlikovun “Noktürn”ü Los-Anceles festivalında səsləndirilib (FOTO)

SSRİ Ali Sovetinin deputatı olduğu vaxt bir qrup gənc ona yaxınlaşıb. Aralarından biri bəstəkarı hədələyib:

“Deputatlıqdan imtina elə”.

Arif Məlikov çaşıb:

“Axı niyə?”

“Biz SSRİ ilə qurtardıq”.

Arif Məlikov izah etməyə başlayıb ki, SSRİ Ali Soveti fikirlərimizi deməyə şərait yaradır. Qızğın gənclər onun sözünə qulaq asmayıblar. Bəstəkar gənclərin birinə əsəbiləşib: “Yekə oğlansan, demaqoqluq eləmə, get işinlə məşğul ol”.

Arif Məlikov — Vikipediya

Bu sözdən sonra arxada dayanan gəncin biri bəstəkarın döş qəfəsinin altına bıçaq soxur. Arif Məlikovun ağ köynəyi qana boyanır. Özünü birtəhər yaxınlıqdakı poliklinikaya çatdırır.

***

Akif İslamzadə üçün xeyli mahnı yazıb. Hətta Akifin televiziyaya çıxmaq qadağasını də Məlikov bərpa edib.

***

Arif Məlikov vəfat edib | Kaspi.az

Çoxları bəlkə bilməz. Məlikov kinofilmlərə və teatr tamaşalarına ən çox musiqi yazan bəstəkardır.

***

Dahi bəstəkar həm də rəssam idi. Yaxın dostlarından biri olan rəssam Səttar Bəhlulzadənin avtoportretini də çəkib.

***

Məlikovun ömrü yollarda, təyyarələrdə keçib. Çünki tez-tez xarici ölkələrə səfərlərə, konsertlərə gedərmiş. Bəstəkar özü deyirdi ki, təyyarədə işləməyə belə alışmışam. Təyyarədən düşən kimi məşqlərə başlayırdıq.

***

Ömrü boyu zəhmət çəkmiş, onlarla sənət əsəri yaratmağa müvəffəq olmuşdu.

***

2019-cu ilin 9 may tarixində vəfat edən Arif Məlikov I Fəxri xiyabanda dəfn olunub.

Share: