Detoks çaylarının zərərləri

Detoks çaylarının zərərləri

Müasir dövrdə artıq çəkidən xilas olmağın ən asan və rahat üsullarından biri də detoks çaylarıdır. 

“Qafqazinfo” xəbər verir ki, orqanizmdəki zərərli maddələri xaric edən həmin çaylar, eyni zamanda, həzm prosesini də sürətləndirir. Lakin dietoloqlar detoks çaylarının çox istifadə edilməsini məsləhət görmürlər, çünki onun faydası qədər zərəri də var.

Mütəxəssislər bildirir ki, detoks xərçəng hüceyrələrini oyadır, beyin hüceyrələrinə və mədəyə ziyan vurur, yaddaş problemləri yaradır. Detoks çayının içilməsi 1 saat sonra əsəb sisteminə mənfi təsir edir, aqressivlik və asılılıq əmələ gətirir.

Detoks çaylarının gündə bir dəfədən artıq istifadəsi məsləhət deyil. Əks halda mədə-bağırsaq sistemində problem yarana bilər. Ona görə də daha sağlam yolla arıqlamaq tövsiyə olunur.

Sağlam arıqlamaq üçün mütəmadi idmanla məşğul olmaq, yağlı qidalardan uzaq olmaq və piyada gəzmək mütləq şərtlərdən biridir.


Share: