Ev dustaqlığında olan Qabonun devrilmiş prezidenti Əli ben Bonqo Ondimbanına ölkəni tərk etmək icazəsi verilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Qabonun keçid prezidenti, general Bris Oliqa Nguemanın bəyanatında deyilir.
Bildirilib ki, o, hərəkətlərində sərbəstdir və istəsə xaricə də səyahət edə bilər.
Qeyd edək ki, avqustun 30-da Qabonun bir qrup yüksək rütbəli hərbi məmuru milli televiziya ilə hakimiyyəti ələ aldıqlarını elan etdilər.