Deyə bilmərəm, mənim hansısa işim mütləq kiməsə nümunə göstərilə bilər

Deyə bilmərəm, mənim hansısa işim mütləq kiməsə nümunə göstərilə bilər

Müstəqil.Az -ın DSD İB-yi ilə birgə hazırladıqları “Dənizçi həyatı” lahiyəsinin budəfəki qonağı AXDG QSC XDND təlimatçı kapitanı Şakir Dadaşovdur

-Şakir bəy, Sizinlə “Dənizçi həyatı” lahiyəsində həmsöhbət oluruq. Həyatınızın önəmi və çox hissəsi dənizlə, dənizçiliklə bağlı olub. Bilirik ki, dənizçinin spesifik yaşam tərzi var.Sizin baxışlarınızda bu həyat necə görünür və özəllikləri haqda nə deyərdiz?

-Əvvəlcə deyim ki, layihənizi diqqətlə izləyirəm, maraqlıdır, təcrübəli dənizçilərlə müsahibələr, onların düşüncələri, keçdikləri həyat yolu və sairə maraqla izlənilir. O ki qaldı, mənim baxışlarıma ki, dənizçi həyatı necə görünür, cavab əlbəttə subyektiv olacaq. Mən və tanıdıqlarım insanlar var ki, onların bütün uğurları, yaşamı dənizlə, dənizçi sənəti ilə bağlıdır. Mən bu həyatı təqdir edirəm və bu sahəni seçənlərə seçimlərində düzgün addım atdıqlarını düşünürəm. və

-Neftçalada doğulmusuz, burada orta məlktəbə getmisiz. Sonra Bakı həyatı, tələbəlik illəri Oxucularla sizi daha yaxından tanış etmək istəyirəm. Özünüz haqda bir qədər də məlumat verəsəniz yaxşı olar.

– Elədir. 1961-ni ilin sentyabr ayının 27-də Neftçalada anadan olmuşam. Uşaqlığım, yeniyetməliy illərim də bu rayonda keçib. 1979-cu ildə İnternat məktəbini bitirmişəm. 1980-1983 -cü illərdə Qafur Məmmədov adına Bakı Dəniz yolları Məktəbinin “Gəmi sürücüsü”  fakultəsini bitirmişəm.  İlk işlədiyim gəmi 1984-1990 -cı illərdə XDND idarəsindin “Lütoqa” TYG olub. Bu gəmidə kapitan köməkçisi vəzifəsindən kapitan vəzifəsinə qədər yüksəlmişəm.

– Bəs sizdə  dənizə maraq haradan və necə yarandı, bu bir təsadüf idi, yoxsa elə məktəbli illərinizdən bu peşənin xəyalını etdiniz?

– Qohumlarımdan dənizdə işləyən çox   olub. Dayımın tövsiyəsilə dənizi seçmişəm. Peşiman da deyiləm. Biz 3 qardaşıq. Aydın qardaşım da dənizçidir, XDND də mexannik işləyir. Hazırda təlimatçı kapitanam. “Lütoqa”, ”Ğ.Əsədov”, “Aura”, “Andoqa” gəmilərində kapitan olaraq işləmişəm.  2010-17 illərdə BSG “İ.Hüseynov” gəmisində kapitan olaraq bir çox layihələrin iştirakçısı olmuşam. BTC, TAP, TANAP, ŞAHDƏNİZ 2,YALAMA 1,2. QAZAXISTAN, MAHAÇKALA və s. layihələrdə işləmişəm.

Açıklama yok.

– Bəzən yaşlı, təcrübəli dənizçilərimizlə həmsöhbət oluram, onların həyat tərzini, dənizçi həyatını gənc dənizçilərə çatdırıram. Sizin dənizçilik həyatından nələri örnək olaraq göstərmək olar?

-Hər kəsin həyatında örnək olaraq göstəriləcək yaşantılar, olaylar olub və olacaq da. Amma mən deyə bilmərəm, mənim hansısa işim mütləq kiməsə nümunə göstərilə bilər. Təkcə onu deyə bilərəm ki, sənətimə vurğunam, daima öz üzərimdə işləmişəm ki, kiminsə yanənda utanc vəziyyətdə qalmayam, mənə etibar olunan işin məsuliyyətini dərk etmişəm və hər kəsə də bu xüsusiyyətləri arzu edirəm.

– XDND də çalışmısız. Sıravi dənizçidən təlimatçı kapitan vəzifəsinə  qədər bir yol keçmisiz.  Dənizçi olaraq da karyeranızda və ictimai həyatınızda nələrə nail ola bildiniz?

-Cavablarımda əsasən bu suallar toxundum. 1993-94 TYG “Yarenqa” ilə ABŞ-dan Hindistana  2əd. metallolom gəmisini 4 ay müddətində yedəkdə aparmışıq.

Afrikada bunker əməliyyatı zamanı yedək burazları qırıldı. Heyətin professionallığı nəticəsində baş verə biləcək qəzanın qarşısı alındı.

1996-2003 il ərzində mənə etimad göstərilib, BUE, TİDE Water kompaniyalarında izləmişəm.

2017-ci ildən XDND donanmada Hamiyəçi kapitan vəzifəsində çalışıram.

2009 – cu ildə  Fəxri Fərmanla, 2011 -ci ildə Donanmanın Fəxri işçisi adi ilə, 2017-ci ildə Tərəqqi medalı ilə təltif edilmişəm. Bütün bunlar işimi verilən qiymətdir, şəxsimə olan dəyərdir.

Açıklama yok.

Keçmiş Dənizçilərimizin həyatından bəhs edən müxtəlif hekayətlər, lətifələr, macəra dolu xatirəklər danışılır. Yəqin ki eşitmisiz. Daha şox hansı söhbətlər dənizçi həyatına rəng qatır?

-Bu vaxta qədər bir çox gəmilərdə, müxtəlif xarakterli adamlarla, müxtəlif millətlərin nümayəndələri ilə işləmişəm. Yada, düşən, yaxud həmişəlik yadda qalan hadisələr çox olub. Hər şeyi danışmaq olmur, amma yaşamaq olur. Dənizçi zarafatları, macəraları çoxdur. Deməklə bitməz və zamanında baş verənləri danışdıqca bəzən bu gün həmin effekti verməz

– Təcrübəli dənizçi, rəhbər işçisiz. Bu gün Azərbaycanda gəmiçiliyi yeni mərhələyə qədəm qoyur, desək yanılmarıq. Bu xüsusda sizin təcrübəniz nə deyir, daha nələri inkişaf etdirmək olar?

-Ötənlərlə bu günü müqayisə etmək əlbbətə lazımdır və bu günün gənc dənizçisinə nəqlə etmək lazımdır ki, onlar daha şanslıdır. Gəmilərdə dövlət dili öz ana dilimizdir, dor ağaqcındqn asılan bayraq milli bayrağımızdır  və sair. Yeni tipli, müasir gəmlərlə təchiz olunan Milli gəmiçiliyimiz var. Bu çox sevindiricidir. Düşünürəm ki, Gəmiçiliyin rəhbərliyi daha yeni layihələrlə ölkə iqtisadiyyatına yeni töhfələr verəcək.

Söhbətləşdi: Faiq Balabəyli

Share: