“Deyəsən o, hələ də Buenos Ayresdə tur atır” — Ronaldonu göndərən məşqçi

“Deyəsən o, hələ də Buenos Ayresdə tur atır” — Ronaldonu göndərən məşqçi

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq komandanın futbolçusu Lisandro Martinezi tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, o, media nümayəndələrinə açıqlamasında futbolçunun hələ də Argentinada dünya çempionluğunu qeyd etdiyini, İngiltərəyə qayıtmaq lazım olduğunu bildirib:

“Premyer Liqa tezliklə bərpa olunacaq. O, bunu qəbul etməlidir. Lisandro Martinez hardadır? Hələ də Argentinada dünya kubokunu qazanmağı qeyd edir? Ola bilər ki, hələ də Buenos Ayresdə gəzinti maşınındadır, tur atır. Amma dekabrın 27-də Premyer Liqanın başladığını unutmamalıdır”.

Qeyd edək ki, Lisandro Martinez Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin heyətində çempionu olub. Daha sonra komandası ilə birlikdə qələbəni qeyd etmək üçün ölkəsinə yollanıb.

Ten Haq bir müddət öncə komandanın ulduz futbolçusu Kristiano Ronaldo ilə yaşadığı problemlə gündəmə gəlmiş, sonda Ronalda klubdan ayrılmışdı.


Share: