Diaspor nümayəndəsi: “Milli Məclisə seçkilərdə çoxsaylı yeniliklərin olması kənardan daha aydın görünür”

Diaspor nümayəndəsi: “Milli Məclisə seçkilərdə çoxsaylı yeniliklərin olması kənardan daha aydın görünür”

“Azərbaycanda seçkilər texnoloji yenilikləri, səsvermə prosesinin təşkili və bir sıra digər unikallığı ilə seçilir. Milli Məclisə seçkilərdə də çoxsaylı yeniliklərin olması kənardan daha aydın görünür. Hesab edirəm ki, sentyabrın 1-də Azərbaycan bir daha demokratik və şəffaf seçki nümunəsi sərgiləyəcək. Keçirilən seçkilər beynəlxalq müstəvidə örnək kimi istifadə oluna bilər”.

Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri Natiq Bağırov deyib. O, Belarusda yaşayan soydaşlarımızın Azərbaycandakı seçki prosesini yaxından izlədiyini diqqətə çatdırıb.

“Bu gün dünya azərbaycanlılarını qürurlandıran əsas məqam azad olunmuş ərazilərimizdə də səsvermə prosesinin keçirilməsidir. Bu il fevralın 7-də Prezident seçkiləri zamanı azad olunmuş torpaqlarımızda da seçkilər keçirildi. Sentyabrın 1-də bu ərazilərdə ikinci seçki prosesi keçiriləcək. Bu, həm də ilk dəfə respublikanın bütün ərazisində parlament seçkilərinin keçirilməsi deməkdir. Hesab edirəm ki, bu seçkilərdən sonra Azərbaycan parlamentinin fəaliyyətində yeni mərhələ başlayacaq. Çünki Qarabağ və ətraf bölgələrdən olan seçicilər parlamentdə onları təmsil edən deputatları seçmək üçün ilk dəfə öz doğma yurdlarında səs verəcəklər”, – deyə diaspor fəalı vurğulayıb.

Share: