DİM keçən həftə Naxçıvanda təxirə salınan dövlət qulluğu üzrə test imtahanını keçirib

DİM keçən həftə Naxçıvanda təxirə salınan dövlət qulluğu üzrə test imtahanını keçirib

DİM keçən həftə Naxçıvanda təxirə salınan dövlət qulluğu üzrə test imtahanını keçirib

24 dekabr 2023-cü il tarixində Naxçıvanda Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

DİM-dən -ya verilən xəbərə görə, imtahan Naxçıvan şəhərində 2 binada təşkil olunub.

İmtahanının keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 4 imtahan rəhbəri, 36 nəzarətçi‑müəllim, 4 buraxılış rejimi əməkdaşı ayrılıb.

Dekabrın 25-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

Qeyd edək ki, dekabrın 17-də Səhər saatlarında Bakıdan Naxçıvana uçmalı olan təyyarə reysi Naxçıvan Muxtar Respublikasında müşahidə olunan hava şəraiti ilə əlaqədar gecikdiyi üçün Naxçıvanda nəzərdə tutulan imtahanın vaxtı 24 dekabr 2023-cü il tarixinə dəyişdirilmişdi.

Share: