Dima Bilan pnevmoniya xəstəliyinə yoluxub

Rusiyalı müğənni Dima Bilan son iki həftədir sətəlcəm xəstəliyinə yoluxduğunu bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə o, “Instagram” səhifəsində yazıb.

“Uşaqlar, mən bir az xəstələnmişəm, daha doğrusu, sətəlcəmdən qurtula bilmirəm. Demək olar ki, iki həftə şiddətli simptomlarla sinəm ağradı – bu, dörd-beş dərəcə temperatur altında iki openeyrdən sonra, daima ayaqda və səhnədə çıxışlardan sonra başladı”, – deyə Bilan bildirib.

Xəstəliklə əlaqədar olaraq müğənninin iyunun 10-da Latviyanın Dauqavpils şəhərində keçirilməli olan konserti təxirə salınıb.

Share: