Mina RƏŞİD
DEPORTASİYA (1948-53)
İki ayağını bir başmağa dirəyib,
deyir, tez ol çıx, “mənim torpağımdan”,
ey türk, bu dəqiqə çıx…
kəndimizin, şəhərimizin, abidəmizin
adını dəyişir,
Necə ki, öz İNSAN adını dəyişib
VƏHŞİ olduğunu bu gün də,
bütün dünyaya sərgiləyir düşmən…
Bilmir necə yerin altına gömsün
məzarlığımızı…
Qabil kimi izi itirməyə çalışır,
məzarlığa nə qədər torpaq daşıyıb tökür,
Allah haqdı olanları görür,
lap qiyamətədək erməni xislətini-
adını dəyişməyəcək,
heç vaxt İnsan olmayacaq…
GÜNƏŞƏ ƏL UZADAN DÜŞMƏN
Çox amansız, acımasız,
dinsiz-imansız düşmənimiz var;
Göydə quşa güllə atır,
yerdə körpəyə…
Ağacları sındırır, evləri yandırır,
dilsiz-ağızsız heyvanları öldürür,
türkə qalmasın, deyə…
Gücü çatanı daşıyır,
Günəşə əl uzadır…
işığımızı söndürməyə çalışır-
İki ildi Zəfər çalmışıq
hələ də müqəddəs torpağımızdan
murdar cəsədləri, leşləri çıxır…
ŞÜKÜR, BU QARA TORPAĞA
Düşmənimiz çox zalımdı,
Belə bir düşmən olmayıb.
Hanı o böyük evimiz?
Daşı-daş üstə qalmayıb.
Şəhid qanıyla dirilən,
Bircə torpaqdı yerində.
Şükür, bu qara torpağa,
Salamatdı göy üzü də.
Ev nədir ki, tikiləcək,
Yol nədir ki, çəkiləcək.
Kim göz diksə Qarabağa
Yenə gözü töküləcək.
Yenə qolu büküləcək.
Mina Rəşid