Diqqət: onlar uşaqlara yalançı diqanoz qoyur

Dövlət Statistika Komitəsinin məlumatına görə, 0-13 yaşlı uşaqların 25 faizi nevroloji problemlidi. Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin məlumatına görə, autizmin ən çox aşkarlandığı ölkələr arasında Azərbaycan ikinci yerdədi. Autizm yoluxucu xəstəlik deyil ki, bu qədər intensiv yayılsın! Niyə belə olur? Çünki ölkədə az qala hamı (müvafiq təhsili olan, olmayan) autizm diaqnozu qoyur və müalicə edir!

Müstəqil.Az xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev ölkədə autizm xəstəliyinin bu qədər geniş yayılmasına münasibət bildirərkən deyib. Həkimin sözlərinə görə, bu gün hər tində “psixoloji mərkəzlər” açılıb. Pediatr bildirib ki, əksəriyyət hiperdiaqnostika (diaqnozun əsassız şişirdilməsi, yalançı diaqnoz) ilə məşğuldur:

“Autizm 2,5-3 yaşlı uşaqlarda pediatr, nevroloq və psixoloqun birgə müayinəsindən sonra diaqnoz olaraq qoyula bilər! Yalnız bundan sonra digər mütəxəssislər – psixiatr, nevropsixoloq, loqoped, defektoloq və s. müalicə və reabilitasiya prosesinə qoşula bilər.

Hər cür nitq və davranış pozğunluğu autizm deyil. Valideynləri bilərəkdən və əsassız olaraq təşvişə salmaq ən azından etik deyil. Hərə bacardığı işlə məşğul olsa yaxşıdı”.

Pediatr təklif edir ki, problemli uşaqların müalicəsi peşəkarlara yönləndirilməlidir:

“Bu məsələlər dövlət tərəfindən tənzimlənməlidi. “Psixoloq”lar, “loqopedlər” uşaqların müayinəsindən kənarlaşdırılmalıdır. Problemli uşaqlar peşəkarlara yönləndirilməlidir. Qiymətlər hamı üçün əlçatan olmalıdır”.

Müstəqil.Az

Share: