Müğənni və bəstəçi Sevinc Ağasiyeva Əyyub Qiyasın son günlər qələmə aldığı “Diriliş marşı” şeirinə vətənpərvər və döyüşkən ruhlu bir musiqi bəstələyərək 23 iyulda – Ağdamın işğalı günündə təqdim edib.
Müstəqil.Az xəbər verir ki, qısa müddət ərzində mahnının 5 minə yaxın izləyicisi olub.
Qeyd etmək lazımdır ki, mətn və musiqi iyulun 12-də Tovuzda baş vermiş döyüşlərdə şəhid olmuş əsgər və zabitlərimizin əziz xatirəsinə sevgini tərənnüm edir. Klipin rejissoru Ruslan Zeynaldır. Klipdə gənc aktyor Türkay Cəfərli rol alıb.
Müstəqil.Az