Disneyin işçilərinə 150 ​​milyon dollar borcu var

Disneyin işçilərinə 150 ​​milyon dollar borcu var

Kaliforniya Universitetinin əmək iqtisadçısı David Neumark Disneyin əmək şəraiti ilə bağlı araşdırma aparıb.

Kulis.az xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

İqtisadçının araşdırmasına görə, şirkətdə qadınlar kişilərdən orta hesabla 2% az maaş alırlar. O, bildirib ki, 2015-ci ildən bəri az ödəniş edildiyindən Disneyin qadın işçilərə 150 milyon dollardan çox borcu qalıb.

Neumarkın məhkəməyə təqdim etdiyi hesabatda deyilir ki, o kişi və qadın maaşlarını müqayisə edərkən iş səviyyələrini, vəzifə müddətini və maaşa təsir edə biləcək digər amilləri nəzərə alıb.

Qeyd edək ki, 2019-cu ildə Disney-də işçilərə maaşların az ödənilməsi ilə bağlı məhkəmə iddiası qaldırılmışdı. Qadınlar kişilərlə eyni vəzifələrdə işləmələrinə baxmayaraq, az maaş aldıqlarını iddia edirdilər.

Share: