Distant təhsil 21-ci əsrin innovasiyasıdır

Distant təhsil 21-ci əsrin innovasiyasıdır

“Hər bir dövlət əgər istəyirsə ki öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”

Ümummilli lider Heydər Əliyev

Son zamanlar təhsil sahəsində yeniliklər və internetin köməyi ilə uzaq məsafədən təhsil imkanı xeyli genişlənib və daha çox istifadə olunmağa başlanılıb. Bu da distant təhsilin gündəmə gəlməsinə, distant təhsil texnologiyalarının öyrənilməsinə və öyrədilməsinə gətirib çıxarıb. Distant təhsili həyata keçirmək üçün stabil internet bağlantısının olması, İnformasiya Kommunikasiya Texnologiyaları biliyi, bu təhsil formasını həyata keçirə bilmək üçün proqram təminatı və s. ilə yaxından tanış olmaq lazımdır. Bu məqalədə məsafədən təhsil üçün hazırlanmış və yeterli istifadəçi sayına çatmış bir neçə proqramdan bəhs edəcəyik.

Distant təhsil yeni konsept deyil, bütün dünyada tanınan, illərdir ki, müəyyən inkişaf yolu keçmiş və bu günədək gəlib çıxan bir təhsil formasıdır.

Dünyada qloballaşma prosesi getdikcə müəyyən sahələrə də öz təsirini göstərir. Xüsusilə informasiya texnologiyalarının insanların və digər sahələrdəki təsiri çox güclüdür. Bütün bununla yanaşı təhsildə də müasir texnologiyaların təsiri danılmaz faktdır. Bu baxımdan distant təhsili nümunə göstərmək olar.

Ümumiyyətlə, distant təhsil anlayışı dünyada geniş miqyasda yayılsa da Azərbaycanda hələ ki, geniş yayılmayıb. Distant təhsilin əsas xüsusiyyətlərindən bir də budur ki, xaricə getmədən xarici universitetlərin diplomunu əldə edə bilərsiz. Siz bu təhsil vasitəsilə həm bakalavr təhsili, həm də magistr təhsili alabilərsiniz. Distant təhsil dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan bütün ölkələrində tətbiq olunur.

Millət vəkili Etibar Əliyev deyir ki, ali məktəblər bu gözlənilməz “qonağı” özlərinin resursları çərçivəsində müxtəlif cür qarşıladı. Ali təhsili bilən bir neçə rektor pandemiyadan əvvəl təhsilin distant formada aparılması istiqamətində müəyyən işlər görmüşdülər. Məsələn, UNEC-də Distant təhsil mərkəzi və elektron kitabxana yaradılmışdı: “Ali məktəb keyfiyyətli təhsil verməli, tədqiqat universitetinə çevrilməyi qarşıya məqsəd qoymalı, professor-müəllim heyəti və yüksək nəticə göstərən tələbələri ilə seçilməli, sanballı kitabxana fonduna malik olmalıdır və s. Bütün bunları etmək üçün həm də universitetin fəlsəfəsini bilən rektor olmalıdır: “UNEC artıq 2016-cı ildən distant təhsil modelini işləyib. Buna ayrıca korpus ayırıb. Elektron kitabxana yaradılıb, yüzlərlə müəllim elektron resurs hazırlayıb, təlimlərdən keçirilib. Tələbələrə distant təhsilə qoşulmağın yolları öyrədilib. UNEC-də Distant təhsillə tanış olanda mən özümü dünyanın aparıcı universitetlərinin birində hiss etdim. UNEC rəhbərliyi bu nadir təcrübəyə təhsilin keyfiyyətini yaxşılaşdırmaqla, şəffaflığı təmin etməklə, istedadlı insanları təhsilə və elmə cəlb etməklə, üfüqi idarəetməni gücləndirməklə gəlib çatıb”.

Distant təhsilin müsbət və mənfi tərəfləri barədə danışan millət vəkili vurğulayıb ki, ənənəvi təhsildən müsbət tərəfləri odur ki, qabaqcıl təhsil texnologiyalardan istifadəyə imkanlar yaradır, təhsilin fərdi xarakterini gücləndirir, auditoriyalarda dərs demək imkanı olmayan böyük alimləri təhsil prosesinə cəlb edir, məsləhətlərin verilməsinin çevik yollarını ehtiva edir. Təhsili geniş insan kütlələri üçün əlçatan edir.

Mənfi tərəfləri isə təhsilalanla təhsilverənin birbaşa əlaqələri istisna olunur, iş yerlərində İKT alətlərinin təchizatında yaranan çətinliklər, biliyin yoxlanılmasında identifikasiya problemləri ortaya çıxır. Təhsialanlara daim nəzarət təşkil oluna bilmir: düşünürəm ki, bizim ali məktəblərdə əsas problem biliyin qiymətləndirilməsindədir. Burada fürsətçillik, sui-istifadə halları geniş vüsət almağa başladı. Və nəticədə süni əlaçıların sayı bir neçə dəfə artdı. Bu mənada biliyin qiymətləndirilməsində mütləq dəyişikliklərin tətbiq edilməsinə zərurət yarandı”.

E.Əliyev bildirir ki, UNEC tətbiq etdiyi modulların III mərhələsində tələbələr arasında Google forum üzərindən anonim sorğu təşkil edib.
Sorğuda 6270 tələbə iştirak edib. Sorğunun nəticəsinə görə, UNEC-də tətbiq edilən onlayn tədrisi 65,7 faiz tələbə 7 və daha yüksək balla qiymətləndirib. Onlayn tədris zamanı 72,8 faiz tələbənin müəllimlərin şəxsi kabinetindəki mühazirə materiallarından, 12 faizinin elektron kitabxana resurslarından istifadə etdiyi açıqlanıb.

Aparılan sorğular və müəllimlərin zəngin şəxsi kabinetləri tələbələrə imtahana hazırlaşmaq üçün geniş imkanlar yaradır. Biz tənqidi təfəkkürə malik və düşünməyi bacaran mütəxəssislər yetişdirməyi qarşıya məqsəd qoymuşuq. Hazır suallar və hazır cavalarla bu məqsədə çatmaq mümkün deyil. Biz də bilirik ki, Distant təhsil mədəniyyəti formalaşmamış fürsətçilliyin və sui-istifadələrin qarşısını almaq mümkün olmayacaq. Tələbənin özü fürsətdən istifadə edib, süni əlaçılığı üzərinə götürməməlidir”.

E.Əliyevin dediyinə görə, UNEC-də tələbələrə imtahan suallarının və onların cavablarının verilməsi bir zamanlar universitetdə baş alıb gedən mənfi halların aradan qaldırılmasına xidmət edirdi. Bu üsul artıq sui-istifadələrə yol açır: “Bunu nəzərə alaraq UNEC Elmi Şurası indiki mərhələdə Distant təhsilin bir sıra məziyyətlərini nəzərə alıb, ixtisas fənlərinin daha dərindən mənimsənilməsi naminə yalnız ixtisas fənlərinin suallarının məxfi saxlanılması qərarını verib”.

Artıq bütün sivil dünya informasiya cəmiyyətinin təhsili olan distant təhsilin keyfiyyət və səmərəsini yüksək qiymətləndirir, bu texnologiyadan öz təhsil sistemlərində geniş istifadə edir. Əminik ki, yaxın gələcəkdə bizim respublikamızda da bu innovativ təhsil texnologiyası öz layiqli qiymətini alacaq, geniş tətbiq ediləcək .. Belə virtual texnologiyalar əsasında milli təhsil sistemimiz qlobal təhsil məkanına səmərəli şəkildə inteqrasiya edəcək. Bu proseslər milli təhsildə beynəlxalq rəqabət mühitini gücləndirəcək. Bu yönümlü innovativ prosesləri inzibati yollarla əngəlləmək faktiki olaraq real rəqabət imkanlarını məhdudlaşdırmaq, dünya təhsilindən təcrid edilməyə səbəb olar. Bu proseslər qloballaşmanın, Boloniya prosesinin, tələbə və müəllim mobilliyinin (hələlik virtual mobilliyin) addım səsləridir, bu addım səsləri ölkəmizdə getdikcə daha aydın eşidiləcəkdir. Distant təhsil qlobal informasiya təhsil məkanına inteqrasiyanın yeganə yoludur.

Elnur

Yazı “Vətəndaş Hüquqularının Müdafiəzsinə Dəstək” İctimai Birliyinin Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə “Distant təhsil: Mahiyyəti və əhəmiyyəti” layihəsi çərçivəsində hazırlanıb

Share: