Ukraynanın Dnepr şəhərində rus alimi Mixail Lomonosovun abidəsini söküblər.
“Qafqazinfo” xəbər verir ki, bu haqda sosial şəbəkələrdə görüntülər yayılıb.
Məşhur alimin fiqurunun sökülmə zamanı zədələnib-zədələnmədiyi məlum deyil.
Qeyd edək ki, Dnepr Şəhər Şurası 2022-ci il dekabrın 6-da Lomonosovun abidəsindən “xilas olmaq” qərarına gəlib. Onunla birlikdə rusiyalı şair Aleksandr Puşkinin və yazıçı Maksim Qorkinin abidələrinin də sökülməsinə qərar verilib.