Moldovada Rusiya yönümlü separatçı Dnestryanı bölgənin “Müdafiə Nazirliyi”nin ərazisinə zərbə endirilib.
-nın xəbərinə görə, bununla bağlı “Telegram” kanallarında videogörüntü paylaşılıb.
Videogörüntüdə “Müdafiə Nazirliyi”nin ərazisindəki “Mi-8” hərbi vertolyotuna kamikadze-dronla zərbə endirildiyi məlum olur.
***
saat 18.52
Moldovada Rusiya yönümlü separatçı Dnestryanı bölgədə hərbi hissəyə kamikadze-dronla zərbə endirilib.
-nın xəbərinə görə, bu barədə “Birinci Dnestryanı” telekanalı məlumat yayıb.
Tiraspoldakı hərbi hissədə partlayış və yanğın baş verib. Tələfatın olmadığı bildirilir.