Bu gün “Doktor Canpolad” klinikasında 2 ay müalicə alan gənc ailə Soltan və Türkanın Əli adlı övladının dünyaya gəlməsi münasibətilə klinikanın əməkdaşları və passiyentlərınin iştirakı ilə geniş tədbir keçirilib. Bu haqda Müstəqil.Az-a klinikanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdürü Şöhlət Əli məlumat verib:
“Tədbirdə çıxış edən klinikanın baş həkimi Canpolad İmanov qeyd edib ki, 3 il müddətində fərqli klinikalarda müalicə alan Soltan və Türkan cütlüyü nəhayət ki, “Doktor Canpolad” klinikasında öz arzularına çatıblar. Onların Əli adlı oğlan övladı dünyaya gəlibdir. Canpolad doktor bu uğura görə klinikanın tibbi personalına minnətdarlıq edərək bildirdi ki, “peşəkar həkimlərin və müasir avadanlığın köməyi ilə biz bu cür uğurlu nəticəyə nail ola bildik. Doktor qeyd etdi ki, klinikamızda yüzlərlə ailə cütlüklərinə etdiyimiz müalicənin bariz nümunəsi olaraq bu gün Əli balamız Azərbaycan vətəndaşları sırasına qoşulub.
Doktor Canpolad İmanov klinikamızda ailə cütlüklərinin müalicə alaraq dünyaya gətirdiyi övladların hamısını öz nəvəsi sayır. Şəkildə gördüyünüz Əli bala da 100-lə nəvələrdən biridir.
Nəvə sevincini “Doktor Canpolad” klinikasının əməkdaşları ilə bölüşən Soltan və Türkanın valideyinləri klinikanın qarşısında qurban kəsdilər.