ABŞ prezidenti Donald Tramp immiqrasiya ilə bağlı qanunları sərtləşdirəcək.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım daxili təhlükəsizlik naziri Kirsten Nilsenin istefasından sonra gözlənilir.
Tramp tərəfdarlarından tələb edib ki, immiqrasiya qanunvericiliyini sərtləşdirsinlər. O, ölkəyə Meksikadan axın edən ailələrin sayının da azaldılmasını təlb edib.