Donbasda nələr oldu? – Əsgərdən Trampa çağırış

Ukrayna Silahlı Qüvvələrinin Donbasda apardığı əməliyyatlara qatılan keçmiş əsgər Aleksandr Medinski ABŞ Prezidenti Donald Trampa mesaj göndərib.

Müstəqil.Az xəbər verir ki, o, hazırladığı video-müraciətdə Kiyevin 2015-ci ildə Donbasda kimyəvi silahdan istifadə etdiyini, bununla bağlı ABŞ məhkəməsində şahid qismində çıxış etməyə hazır olduğunu bildirib:

“2015-ci ildə Ukrayna Baş Qərargahının Xüsusi Əməliyyat Qüvvələri Donbas taborunun kimyəvi laboratoriyasını ələ keçirərək, Kiyevə daşıdı. Sonralar bu laboratoriyada kimyəvi maddələr istehsal edildi. Daha sonra isə həmin silahlardan Donbasda istifadə olundu”.

Medinski bildirib ki, bütün faktları detallarına qədər ABŞ kəşfiyyatına ötürməyə hazırdır:

“Təkcə Donbasdakı qüvvələrə yox, Poroşenkoya zidd olan etirazçılara qarşı da bu kimyəvi silahlardan istifadə edildi. Xahiş edirəm, mənim səsimə səs verin. Rəsmi Kiyevə təzyiq göstərib, vətəndaşlarımızı xilas edin”.

Qeyd edək ki, Donetsk separatçılarının liderləri 2015-ci ildə Ukrayna ordusunun kimyəvi hücum həyata keçirməyə hazırlaşdığını iddia etmişdi.

Aqşin

Share: