Bu gün axşam saatlarında Donbasın 53 mindən çox sakini Rusiya Federasiyası ərazisinə təxliyə edilib.
Müstəqil.Az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edən Aleksandr Çupriyayan məlumta verib.
Çupriyayanın sözlərinə görə, onlar Moskva vaxtı ilə saat 19:00-a qədər sərhədi keçiblər. Donbassdan 142 avtobusla Rostov vilayətindəki müvəqqəti yaşayış məntəqəsinə aparılıb.
Fövqəladə Hallar Nazirliyinin rəhbəri vəzifəsini icra edənin sözlərinə görə, tibbi yardım üçün 419 nəfər müraciət edib ki, onlardan 74-ü uşaqdır. Təxliyə edilənlərə psixoloji yardım da göstərilir. Çupriyanın sözlərinə görə, Fövqəladə Hallar Nazirliyinin psixoloqları 500 şəxsə kömək ediblər.
Çupriyayan qeyd edib ki, bu gün qaçqınların olduğu 6 qatar artıq Rostov vilayətindən başqa regionlara yola düşüb, daha 15 qatar isə sabah yola düşəcək.
Müstəqil.Az