Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası davam edir.
“Qafqazinfo” xəbər verir ki, aksiyanın 9-cu günündə hava şəraitinin soyuq olmasına baxmayaraq, dinc etiraz fasiləsiz olaraq keçirilib.
Gecəboyu davam edən aksiyanın fotolarını təqdim edirik:
Xatırladaq ki, aksiya iştirakçılarının verdiyi məlumata görə, ötən gün rusiyalı sülhməramlılar sözügedən ərazidə quraşdırdıqları barrikadanı açıblar. Bundan başqa, zirehli texnika olan BTR-in də ərazidən geri çəkildiyi bildirilir.