Sentyabrın 9-da dördüncü Moskva Mərkəzi Diametri (MCD-4) istifadəyə verilib.
“Qafqazinfo” xəbər verir ki, yeni xətt Moskva vilayətinin qərbindən şərqə doğru uzanır və meqapolisin yeddi mərkəzi dəmir yolu stansiyasını birləşdirir. Nəticədə onlarla yeni marşrutlar yarandı, nəqliyyatın hərəkəti daha sürətli, daha rahat və sərfəli oldu.
Yeni diametr MCD-3-ün işə salınmasından bir ay keçməmiş açıldı və ən uzun MCD xətti oldu – 86 km. Yeni xətt metro, Moskva Mərkəzi Halqasına və digər MCD-lərə keçid etmək üçün 38 variantı olan 36 stansiyanı əhatə edir. Gələcəkdə daha 2 stansiya açılacaq: Beqovaya və Rijskaya.
MCD-4 istifadəyə verilən zaman bütün dörd MCD xətti arasında ən müasir infrastruktura malik diametrdir. Artıq bütün stansiyaların 67%-i (yəni 24-ü) Moskva şəhər vağzallarıdır və Moskva nəqliyyatının yüksək standartlarına cavab verir.
Səfərlər sərnişinlər üçün daha rahat və cəlbedici olacaq: MCD-4-də hərəkət intervalı pik saatlarda cəmi 5,5 dəqiqə olacaq, həmçinin, yeni tariflərə görə gediş haqqı 3 dəfəyə qədər azalaraq 200 rubldan 65 rubla enib. 2020 və 2021-ci illərdə Transport Ticketing Award mükafatına layiq görülən Moskvanın inkişaf etmiş bilet satışı sistemi sayəsində sərnişinlər bəzi marşrutlarda 90 və 120 dəqiqə ərzində metro, MMH və digər MCD xətlərinə pulsuz keçid edə biıərlər.
MCD-4 sərnişinləri yenilənmiş qatarlarldan istifadə edəcəklər: Hazırda diametr üzrə EP2D və EP2DM qatarları hərəkət edir, gələcəkdə isə ən müasir qatarlar – üçqapılı İvolga 4.0 diametr üzrə işləyəcək.
Dördüncü diametrin işə salınması Moskvanın bütün nəqliyyat sisteminə əhəmiyyətli təsir göstərəcək: yaxınlıqdakı metro xətləri 9% boşalacaq, yollarda avtomobillərin sayı azalacaq: Kiyevskoye, Borovskoye, Nosovixinskoye və Entuziastlar şosseləri.
Yeni diametrin yaradılması məqsədilə infrastrukturun modernləşdirilməsi istiqamətində böyük həcmdə kompleks işlər görüldü. Marşrutun bəzi hissələri genişləndirildi, Poklonnaya və Beqovaya arasında birləşdirici xətt çəkildi, üzərində isə üç Moskva şəhər vağzalı tikildi: Poklonnaya, Kutuzovskaya və Testovskaya. Bundan əlavə, yeni Moskva şəhər stansiyaları Maryina Roşa və Olgino salındı, Ploşad tryox vokzalov stansiyasının yenidən qurulması başa çatdırıldı. Həmçinin, Kaluqa istiqamətində bütün stansiyalar yeniləndi.
Qeyd olunan bütün kompleks işlər Rusiya paytaxtınən mərkəzində sıx şəhərsalma şəraitində və nəqliyyat axınları, MMH qatarları və mövcud metro xətləri, MCD-1 və MCD-2-də hərəkət dayanmadan həyata keçirilib.
MCD-4 işə salındıqdan sonra infrastrukturun modernləşdirilməsi davam etdiriləcək, o cümlədən Belorusskaya, Kursk vağzallarında, həmçinin Beqovaya, Rijskayada və Jelenoznodorojnaya stansiyalarında.