“Dostluq” satıldı…

Dəfələrlə hərraca çıxarılan “Dostluq” kinoteatrı axır ki, 50.000 manata satılıb.

Müstəqil.Az  xəbər verir ki, uzun illərdir fəliyyət göstərməyən Ucar rayonunda yerləşən kinoteatr keçirilən hərracda alıcısını tapıb. Əmlakın ümumi faydalı sahəsi 700 kv.m-ə yaxın, torpaq sahəsi isə 870 kv.m-dən çoxdur. Əmlak torpaq sahəsi ilə birgə özəlləşdirilib.

Xatırladaq ki, bir müddət öncə hərraca çıxarılan əmlak əvvəlcə 90.000 manata təklif edilmişdi. Lakin dəfələrlə keçirilən hərraclarda əmlak satılmadığı üçün növbəti hərraca endirimlə düşmüşdü. Sonuncu hərracda əmlak 50.000 manata təklif edilib və satılıb.

Kinoteatrı hərraca Mədəniyyət və Turizm Nazirliyi, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi təqdim etmişdi.

Müstəqil.Az

Share: