Dövlət Dəniz Agentliyi bəzi qaranlıq məsələlərə aydınlıq gətirdi

Dövlət Dəniz Agentliyi bəzi qaranlıq məsələlərə aydınlıq gətirdi

“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri Faiq Balabəyli və sədr müavini Hüseyn Sözlü Dövlət Dəniz Agentliyində olublar.


Bu haqda Müstəqil.Az-a İctimai Birliyin sədri F. Balabəyli məlumat verib:
Onun dediyinə görə təsis edilib, Ədliyyə Nazirliyinin müvafiq idarəsi tərəfindən rəsmi qeydiyyatdan keçərək fəaliyyət göstərdiyi ilk gündən dünyanın  müxtəlif məzmunlu müraciətlər daxil olur: “Əsasən işçi diplomlarının, seritifikatların alınması və Azərbaycanda fəaliyyət göstərən peşə litseyində dənizçilik ixtisasları üzrə təhsil alaraq nəzəri diplomlarla sahib olan müdavimlərin işçi diplomlarının ala bilməməsi istiqamətində olunan müraciətlərlıə bağlı  Dövlət Dəniz Agentliyində olduq, deyən Birlik sədri bütün bunları Agentliyin rəsmilərinin  diqqətinə çatdırdıq. Dövlət Dəniz Agentliyinin rəis müavini, tanınmış dənizçi, uzaq səfərlər kapitanı, uzun illərdir təcrübəsi və biliyi ilə dənizçilik sahəsində xidmətləri ilə tanınan Şahlar Məmmədovla söhbətimiz ümumilikdə dənizçilərimizin nəzəri və praktik bilgisinin zənginlənməsi istiqamətində oldu.

Agentliyin müxtəlif ixtisas üzrə apardığı imtahanların keçirilməsi üçün istifadı olunan əyani vəsaitlərin, bəzən də imtahanın özünün niyə ingilis və rus dilində keçirildiyini, bütün bunlar dövlətin öz dilində – Azərbaycan dilində keçirilməməsinə aid verilən suala, rəis müavini, bu istiqamətdə işlərin aparıldığını dedi. Şahlar müəllim qeyd etdi ki, dənizçiliyə aid olan ədəbiyyat, Beynəlxalq Dəniz Təşkilat-nın (İMO)  tələblərinə uyğun olaraq yenilənən sənəd və qaydaların bu dillərdə olması imtahanlarda və imtahana hazırlıq işlərinində ana dilimizdə aparılması çətinliyini yaradır.  Amma bütün bunlar tərəfimizdən aidiyyatı üzrə Dövlət orqanlarına, Nazirlər Kabinetinə müraciət olunub. İnanırıq ki, bu tədris vəsaitləri  Azərbaycan dilinə çevrilərək kurslar zamanı bilik yenilənmələrində istifadə olunacaq.

Görüş zamanı  Bakı və Bakı ətrafı bölgələrdə yerləşən Təhsil Nazirliyinin nəzdində olan Peşə litseylərində təhsil alan müdaavimlərin Agentlik tərəfindən tələb olunan sənədlərin ala bilməmələrinə də rəis müavini tərəfindən aydınlıq gətirildi. Ş. Məmmədov bildirdi ki,  dəfələrlə həmin məktəblərin direktorlarına texniki və əyani vəsiatləriniz Beynəlxalq Dənz Təşkilatının tələblərinə uyğun olmalıdığnı deyərək, işlərini səmərəli qurmlarını tövsiyyə etmişik. Əlbəttə bütün bunlara riayət olunsa, həmin məktəbləri bitirən uşaqların da dənizdə işləmək hüquqları olacaq sənədlərə yiyələnməsinin problemi olmayacaq, deyən Şahlar Məmmədov Agentliyin işinin dövlətimizə daha çox xeyir verməsi istiqamətində olmasından, dənizçilərimizin dünya sularında bilik və bacarıqları ilə tanınaraq Azərbaycan dənizçisi adına şöhrət gətirməsi olduğunu da dedi”.

Müstəqil.Az

 

Share: