Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 33-cü sessiyasında ölkəmizi təmsil edib

Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının Assambleyasının 33-cü sessiyasında ölkəmizi təmsil edib

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) nümayəndə heyəti Beynəlxalq Dəniz Təşkilatının (BDT) Assambleyasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçirilən 33-cü sessiyasında ölkəmizi təmsil edib.
Plenar iclaslarla davam edən beynəlxalq tədbir çərçivəsində Assambleyanın prezidenti və vitse-prezidentlərinin seçilməsi, prosedur qaydalarına təklif edilmiş dəyişikliklərin nəzərdən keçirilməsi və təşkilatın komitələrinin fəaliyyəti ilə bağlı hesabatlara baxılıb.
Həmçinin yeni komitələrin təsis olunması, BDT Şurasına üzvlüklə bağlı seçkilərin keçirilməsi, Şuranın Təşkilatın fəaliyyəti ilə bağlı məruzəsinin dinlənilməsi və xarici auditorun təyin edilməsi, “Dənizin tullantılar və digər maddələr atılması yolu ilə çirkləndirilməsinin qarşısının alınması barədə” 1972-ci il tarixli Beynəlxalq Konvensiya və 1996-cı il tarixli Protokolla bağlı məsələlər müzakirə mövzusu olub. O cümlədən Təşkilatın 2024-2029-cu illər üzrə strategiyası qəbul edilib və yeni baş katibin təyinatı təsdiqlənib.
Sessiya çərçivəsində DDLA-nın nümayəndə heyəti ikitərəfli görüşlərdə iştirak edib və dəniz nəqliyyatı sahəsi üzrə gələcək əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıb.

Share: