ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller amerikalıları “saxlanma təhlükəsi” ilə bağlı hər hansı səbəbdən Rusiyaya getməməyə çağırıb.
xəbər verir ki, bu barədə TASS-a istinadən məlumat yayıb.
“Heç bir ABŞ vətəndaşı hər hansı bir səbəbdən Rusiyaya səyahət etməyi düşünməməlidir, çünki onun saxlanılma riski var” – Miller jurnalistlər üçün keçirilən brifinqdə bildirib.
Miller əlavə edib ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasında saxlanılan Rusiya və ABŞ vətəndaşlığı olan şəxslərə konsulluq xidməti göstərməyə davam edəcək. “Bizim hazırda Rusiya hakimiyyət orqanları ilə o qədər də müntəzəm əlaqəmiz yoxdur, lakin səfirliyimiz bu məsələni mütəmadi olaraq diqqətdə saxlayır”.