Dövlət Duması Makronu hədələyib

Dövlət Duması Makronu hədələyib

Dövlət Duması Makronu hədələyib

Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı təcavüzü unutmalıdır.

xəbər verir ki, bu barədə Dövlət Dumasının Krımdan olan deputatı Mixail Şeremet “RİA Novosti”yə müsahibəsində Fransa liderinə bu məsləhəti verib.

“Əks halda onun aqressiv hərəkətləri nəticəsiz qalmayacaq”, – deputat hədələyib.

Şeremetin sözlərinə görə, Makron Rusiya əleyhinə açıqlamaları ilə Avropanın ən nüfuzlu siyasətçisi rolunda görünməyə çalışır. Bununla belə, deputat əmindir ki, o, “öz ölkəsinə nifrət edir və ondan çəkinir”.

Fevralın sonunda Fransa lideri NATO qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyünü açıqlayıb. Onun sözlərinə görə, Avropa Moskva ilə münasibətlərdə qırmızı xətləri keçmək qorxusundan əl çəkməlidir.

Share: