Dövlət Xidmətinin rüşvətə görə tutulan sabiq vəzifəli şəxsinin istintaqı başa çatıb

Dövlət Xidmətinin rüşvətə görə tutulan sabiq vəzifəli şəxsinin istintaqı başa çatıb

Dövlət Xidmətinin rüşvətə görə tutulan sabiq vəzifəli şəxsinin istintaqı başa çatıb

Neftçalada rüşvət almaqda təqsirləndirilən vəfizəli şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi Seyran Məmmədov barəsində toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə rüşvət müqabilində dövlət əmlakını mülkiyyətə verən vəzifəli şəxsin qanunazidd əməlləri ifşa olunub.

Belə ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsinin baş məsləhətçisi Seyran Məmmədovun sədrlik etdiyi hərrac komissiyası tərəfindən Neftçala rayonunda dövlət mülkiyyətində olan 1 hektardan artıq torpaq sahəsi və üzərində yerləşən tikinti obyektinin alqı-satqısına dair keçirilmiş auksionda vətəndaşın 22 min 500 manat pul müqabilində qalib elan edilməsinə nail olmasına şübhələr müəyyən edilib.

Tələb etdiyi rüşvət məbləğinin bir hissəsini vətəndaşdan alarkən cinayət başında yaxalanmış həmin vəzifəli şəxsin xidməti otağında aparılmış axtarış zamanı iş üçün əhəmiyyət kəsb edən bir sıra sübutlar aşkar edilərək götürülüb.

Qeyd edilən faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Seyran Məmmədov Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3 (rüşvət alma külli miqdarda törədildikdə) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Share: