Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən Nərimanov rayon Yanğından Mühafizə Hissəsində “açıq qapı” günü keçirilib.

FHN-ə istinadən xəbər verir ki, tədbirin keçirilməsində məqsəd məktəblilərin hərtərəfli inkişafına, onların fiziki və mənəvi cəhətdən sağlam yetişməsinə, onlarda təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin, eyni zamanda, ilkin yanğın təhlükəsizliyi biliklərinin formalaşmasına və yanğınsöndürənlərin peşə fəaliyyəti barədə məlumatlılıq səviyyəsinin artırılmasına kömək etmək olub.

Tədbirdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində fəaliyyət göstərən 193 nömrəli tam orta məktəbin şagird və müəllimləri iştirak edib.

Tədbir iştirakçılarına yanğınsöndürənlərin günlük rejim qaydaları və Hissənin fəaliyyəti haqqında ətraflı məlumat verilib, onlara ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları və əməkdaşların günlük məşqlərinin bir hissəsi də əyani şəkildə nümayiş etdirilib. Həmçinin, uşaqlar fövqəladə hallar zamanı istifadə olunan yanğınsöndürmə və digər qəza-xilasetmə texnika və avadanlıqları ilə yaxından tanış olublar.

Sonda məktəblilərin sualları cavablandırılıb.

Share: