Dekabrın 11-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Xanımana Əlibəylinin “Dovşanın ad günü” tamaşası növbəti dəfə nümayiş olunacaq.
Kulis.az xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, rejissor assistenti Mir Qabil Əkbərov və musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.
Tamaşada meşə heyvanlarının dili ilə uşaqlara mənəvi dəyərlər olan dostluqdan, sədaqətdən və səmimiyyətdən söhbət açılır.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.