Xəbər verdiyimiz kimi, dünən Qvineya körfəzində Türkiyəyə məxsus “Boden” türk şirkətinin “M/V Mozart” adlı gəmisi nigeriyalı dəniz quldurları tərəfindən qaçırılıb.
Müstəqil.Az olaraq baş vermiş hadisə haqda xəbəri “Haber 7” tv-yə istinadən yayılamışdıq.
Xəbər verdiyimiz məlumatda qaçırılan gəmidə 19 ekipaj üzvü olduğu və hadisə ilə bağlı Türkiyə rəsmilərinin danışıqlara başladığı da bildirilirdi.
Xatırladaq ki, gəmi Nigeriyanın Laqos şəhərindən CAR-ın Keyptaun şəhərinə getmək üçün yola düşübmüş. Dəniz quldurlarının hücumu nəticəsində 15 nəfər girov götürülüb. Həm də məlumatda gəminin 2-ci mexanniki Fərman İsmayılovun öldürülyü də yer alıb.
Baş vermiş hadisə ilə bağlı “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyinin sədri, kapitan Faiq Balabəyli ilə əlaqə saxladıq.
“Belə xoşagəlməz hadisənin baş verməsi birinci dəfə deyil. Dünya sularında dəfələrlə dəniz quldurlarının basqınına məruz qalan gəmilər olub və belə davam etsə bu təhlükə tezliklə yox olmayacaq. Gəmilərin sahibi olan şirkətlər, yaxud daşınan yükün sifarişçisinin gəmini mühafizə ilə təmin etməməsi sonda faciələrə səbəb olur. Əsasən Afrika sahillərində belə hallar təkrarlanır. Ərazidə olan dəniz patrullarının da işlərinin öhdəsindən layiqlə gələ bilməməsi belə halların mütəmadi olaraq baş verməsinə səbəb olur. Artıq dəniz quldurlarının bir şəbəkə kimi fəaliyyət göstərdiyini də deyirlər. Təsdiqini tapmayan və ehtimal olunan hallardan biri də, dəniz patrullarının, eləcə də özlərinin su ərazilərinin təhlükəsizliyini təmin etməli olan dövlətlərin də, gəmilərin qaçırılmasına etinasız yanaşmalar adət halını alıb, deyən “DSD” İB sədri, quldurların gəmiyə basqını zamanı həmyerlimiz, gəminin 2-ci mexanniki Fərman İsmayılovun öldürülməsi faktını da gündəmdə saxlayacaqlarını, dedi.
“M/V Mozart” gəmisinin quldurlar tərəfindən
öldürülən mexanniki Fərman İsmayılov
İB-in sədri mərhum soydaşımızın hansı şəraitdə öldürülməsini də araşdırıcağlarını, bununla bağlı Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinə, eləcə də qaçırılan gəminin sahibi olan “Boden” şirkətinə sorğu göndərəcəklərini dedi: “Məlumdur ki, basqına məruz qalan gəmiyə olunan hər hansı bir kənar müdaxilə və basqın ilk olaraq gəminin göyərtə komandası tərəfindən aşkarlanır. Quldurlara göstərilən müqavimət də məhz ilk olaraq göyərtə komandası tərəfindən göstərilir. Məntiqlə ilk qurbanlar, yaralananlar və daha çox zərərçəkənlər də məhz onlar olur. Əlbəttə maşın şöbəsində çalışanlar da ekipaj üzvü olaraq hər hansı bir etiraz, müqavimət və müdafiədə heyyətlə bir olur. Bu istiqamətdə araşdırmalarınz davam edir.”
Müstəqil.Az