“DSD” İB-yi dənizçilərin şikayətini araşdırdı…

“DSD” İB-yi dənizçilərin şikayətini araşdırdı…

“DSD” İB dənizçilərin qida ilə bağlı müraciətinə  “Grand Catering” QSC-nin Dənizdə Əməliyyatlar üzrə şöbəsindən münasibət öyrənib

“Dənizçilərə Sosial Dəstək” İctimi Birliyi ilə müxtəlif dənizçilik şirkətlərində çalışan dənizçilərimiz əlaqə saxlayır və qarşılaşdıqları problemlərlə bağlı müraciətlər edir, yardımçı olmamızı xahiş edirlər. Bacardığımız qədər onların yanında olur, problemlərinin həlli ilə bağlı araşdırma aparır, ictimailəşdirir və həllinə çalışırıq. Təbii ki, Xəzər dənizində çalışan dənizçilərimiz bizimlə daha müntəzəm əlaqə saxlayır.

Müstəqil.Az-a bildirirki, bunları bir qrup dənizçinin qida ilə bağlı DSD İB -nin qrup səhifəsinə və birliyin elektron poçtuna etdikləri şikayətlərə haqda “DSD” İB-nin sədri Faiq Balabəyli redaksiyanın suallarını cavablandırarkən deyib.

Sədr ona ünvanlanan suallara cavab verərkən bildirib ki, dənizçilərimiz ərzağın təchizatından, çeşidindən razı qalsalar da bəzən keyfiyyətin aşağa səviyyədə olmasındaqn gileylənirlər.

Bu yaxınlarda ünvanımıza gəmilərə verilən çörəyin keyfiyyətindən narazı qaldıqlarını bildirilən məktublar daxil oldu. Məktublarda həm də yay aylarında mövsümü meyvələrin verilməsinin daha  məqsədəuyğun olduğu bildirirlirdi. Yay günündə gəmiyə apelsin, qrefur göndərirlər. Onu da hec kim yemir, xarab olur, atırıq, yazırdılar.

Bütün bunları və digər təklif olunanları nəzərə alaraq “DSD” İB-nin mətbuatla əlaqələr şöbəsinin və Birliyin eyni adlı qrup səhifəsinin rəhbəri Fərrux Həmidli “Grand Catering” QSC-nin Dənizdə Əməliyyatlar üzrə şöbəsi ilə əlaqə saxlayıb.

Bildirdilər ki, gəmilərin ərzaqla təminatı zamanı zavoddan yenicə bişirilmiş çörək verilir. Elə gəmilər var ki, günlərlə dənizdə növbə çəkməli olur və sözssüz ki, çörəklər boyatlaşır. Bəzi, çörək bişirmək üçün şəraiti olan gəmilərdə  aşbazlar imkan tapdıqca çörək bişirsələr, bu heç də çıxış yolu deyil. Çörək bişirmək üçün böyük sobalar olmalıdır.

Bundan başqa Cilov, Neft dasları, Qaradağ limanlarında olan çörək müəssisələri ilə də müqavilə bağlanılıb, gəmilərin aşbazı oradan təzə çörək sifariş verə bilər. Hər hansı bir problem yaranarsa hər gəminin kuratoruna asbaz zeng edib, yaranmış vəziyyət haqda məlumat verə bilər.

Zığ körpüsündə, 57-ci liman, Zıg Gəmi təmir zavodu, Bibi Heybət Gəmi təmir zavodunda dayanan, yaxud ora yan alan gəmilərə təzə çörək verilir

“G.A.Şıxlınski”, “Qubadlı”, “Azərbaycan” (kran qəmisi), “MPK-470”, “MPK-474” gəmilərində hal-hazirda çörək bişirilir, deyə Grand Catering QSC-nin Dənizdə Əməliyyatlar üzrə şöbəsi sorğuya aydınlıq gətirib.

Tural Balabəyli

 

 

 

Share: