Bakı-Tbilisi-Qars xətti ilə yola salınan qatar Mersin şəhərinə çatdı

Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Qazaxıstandan yola salınan qatar noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb.

Qatarı “TCDD Taşımacılık A.Ş.”-nin baş direktoru Veysi Kurt qarşılayıb.

30 konteynerdən ibarət yük qatarı 1258 kilometrlik məsafəni 30 saata qət edib. Qatarla 600 ton buğda daşınıb.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu oktyabrın 30-da istifadəyə verilib.

Müstəqil.Az

Share: