DTX rəisi: “Azərbaycan dünyada ən təhlükəsiz dövlətlərdən biridir” – FOTO

“Xalqımız rahat şəkildə seçki məntəqələrinə gəlib öz siyasi iradəsini bildirir. Biz xoşbəxt adamlarıq ki, Azərbaycan dünyada tanınır”.

Publika.az xəbər verir ki, 36 saylı Xətai seçki dairəsinin 4 saylı məntəqəsində səs verən Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev deyib.

O bildirib ki, verilən vədlərin hamısı yerinə yetirilir, insanlar məntəqələrə gəlib istədikləri şəxsə səs verirlər:

“Biz xoşbəxt adamlarıq, ulu öndər 1993-cü ildə xalqımızın tələbi ilə Azərbaycana qayıtdı və rəhbərlik etdi. 1988-1993-cü illər yaxşı yadımdadır, o dövrdə ölkədə hərc-mərclik idi, cinayətkarlıq pik həddə çatmışdı. Ulu öndərin siyasəti nəticəsində bu nöqsanlar aradan qaldırıldı. Azərbaycan hazırda dünyada ən təhlükəsiz dövlətlərdən biridir. Ölkəmizin daxilində heç bir təhlükə, təhdid yoxdur. Sadəcə kənarda Azərbaycana qarşı iradələr var, siyasətlər aparılır. Bunun da qarşısı dövlət rəhbərimiz tərəfindən böyük məharətlə alınır”.

Share: