Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş naziri və Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Maktumun altı arvadından biri olmuş və onu tərk edərək Londona qaçmış şahzadə Həyya bint əl-Hüseyn yenidən ailə həyatı qurmağa hazırlaşır.
Müstəqil.Az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti xarici KİV-lərə istinadən yazıb.
Nəşrin yazdığına əsasən, əl-Maktumla boşanma prosesi başa çatdıqdan sonra şahzadə Həyya rəsmi nikaha daxil olacaq.
Qeyd edək ki, şahzadə Həyyanın İngiltərənin İordaniyadakı səfirliyində diplomat olmaq üçün müraciəti London rəhbərliyi tərəfindən təsdiqlənib.
Xatırladaq ki, İngiltərə Dubay əmirinin keçmiş arvadına sığınacaq verməkdən imtina etsə də, İordaniya kralı Abdullahın bacısı üçün hərəkətə keçməsi müsbət nəticə verib. Şahzadə Həyya sentyabrın 2-də Londondakı İordaniya səfirliyinə diplomat vəzifəsinə təyin olunub.BAKU.WS