Dubay şirkəti Rasim Məmmədovun müsadirə olunmuş əmlakı ilə bağlı məhkəməyə müraciət etdi

Dubay şirkəti Rasim Məmmədovun müsadirə olunmuş əmlakı ilə bağlı məhkəməyə müraciət etdi

Dubay şirkəti “RMH General Trading” DMCC “Baku Steel Company”nin keçmiş rəhbəri Rasim Məmmədovun əmlaklarından birinin müsadirədən azad edilməsi ilə bağlı məhkəməyə müraciət edib. 

“Qafqazinfo” xəbər verir ki, müraciət onunla əsaslanırılıb ki, Rasim Məmmədova məxsus “Baku Non Ferrous And Foundry Company”nin əmlaklarının müsadirə edilməsi onların maraqlarına toxunur, mülkiyyət hüquqlarını pozur. 

BakI Ağır Cinayətlər Məhkəməsi apellyasiya şikayətinin verilməsi üçün prosesual müddətin başa çatdığını əsas gətirərək müraciəti rədd edib. Xarici şirkət qərardan narazı qalaraq apellyasiya şikayəti verib. Bu dəfə də müraciətləri əsassız sayılıb.

Qeyd edək ki, Rasim Məmmədov DTX-nin keçirdiyi əməliyyatla həbs edilib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 185 milyon manatlıq yeyintidə təqsirli bilinib. 14 il azadlıqdan məhrum edilib. Bundan əlavə onun Bakı Oksford Məktəbinin binası da daxil olmaqla 70 milyonluq əmlakı müsairə olunub. 

Sail Ağasəlim


Share: