Ukrayna dövlət qulluqçularının və müəllimlərin maaşları üçün Dünya Bankından təxminən 190 milyon avro alıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin saytında məlumat verilib.
Qeyd olunur ki, Ukraynanın dövlət büdcəsinin ümumi fonduna 189,32 milyon avro daxil olub. Vəsait Beynəlxalq İnkişaf Assosiasiyasından güzəştli şərtlərlə verilib. Kreditin ödəmə müddəti dörd illik güzəşt dövrü ilə on ildir.
Qurumdan verilən məlumata görə, vəsait cari ilin fevral ayında dövlət orqanlarında çalışan işçilərin və müəllimlərin əməyinin ödənilməsinin təmin edilməsi üçün dövlət büdcəsi xərclərinin qismən ödənilməsinə yönəldiləcək.