Dünya bazarlarında gələn il neftin qiyməti azalacaq

Dünya bazarlarında gələn il neftin qiyməti azalacaq

Dünya bazarlarında gələn il neftin qiyməti azalacaq

ABŞ Energetika Nazirliyi 2024-cü ildə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 82,57 dollardan 82,49 dollaradək endirib.

Müstəqil.Az “-Economics”in ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına istinadən verdiyi xəbərə görə, 2023-cü ildə neftin orta qiyməti 82,41 dollar təşkil edib (öncəki proqnoz – 82,4 dollar).

Hesabata əsasən, WTI markalı xam neftin bir barelinin orta qiyməti 2023-cü ildə 77,58 dollar (öncəki proqnoz – 77,63 dollar) təşkil edib. 2024-cü ildə isə bu göstəricinin 77,99 dollar (öncəki proqnoz – 78,07 dollar) səviyyəsində olacağı ehtimal olunur.

Bununla yanaşı, qurum 2025-ci il üçün “Brent” və WTI neft markalarının qiymətləri üzrə proqnozunu da açıqlayıb. Belə ki, EIA gələn il “Brent”ın qiymətinin 79,48 dollar, WTI-ın isə 74,98 dollar səviyyəsində olacağını ehtimal edir.

Qeyd olunur ki, ötən il “Brent”in ortalama qiyməti 100,94 dollar, WTI-ın isə 94,91 dollar təşkil edib.

 

Share: