Gənclər və idman nazirliyi beynəlxalq idman yarışlarında “Heydər Əliyev adına dünya boks kəməri” təşkilatına diqqət və qayğını artırmalıdır
Zərdüştlüyün vətəni sayılan Azərbaycan ən qədim dövrlərdən bəri həm də milli oyun rəqsləri ilə də dünyaya öz sözünü demişdir.”Avesta”ya görə cəngavərlik, igidlik, pəhləvanlıq, at çapma, güləş, ox atma və qılınc oynatma yarışlarının tarixi çox qədim dövrlərə gedib çıxır. Eramızdan əvvəl IV-II minillikləri əhatə edən tunc dövrü Azərbaycan idmanının başlanğıc mərhələsi sayılır.
İdman oyunları müqəddəs sayılan “Avesta”da pəhləvanların düşmən üzərində qələbə çalmaq dözümlülüyü, iradəliliyi və qorxmazlığı xüsusi yer tutur.
Zəngin və şərəfli idman tarixi yaşayan xalqımız bu gün də sağlam həyat, gümrah bədən, fiziki kamillik prinsiplərini və milli dəyərləri qürurla qoruyub saxlaya bilmişdir.
Bu gün dünya olimpiadalarında ən yüksək yerlərin qalibi olan idmançılarımız Azərbaycanın milli atributları olan üçrəngli Bayrağımızı başları üzərinə qaldırması və dövlət himnimizi mötəbər arenalarda səsləndirməsi kimi müqəddəs bir işə öz imzalarını atırlar. Əsası Ulu öndər Heydər Əliyevdən başlanan və ölkə prezidenti İlham Əliyevin Azərbaycan idmanına göstərdiy yüksək qayğı bu gün xalqımızın güvənc yeri və qürur mənbəyidir.
Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq futbol turnirləri, Dünya Taekvondo Çempionatı, İdman növlərinə görə keçirilən beynəlxalq yarışlar, şahmat üzrə beynəlxalq yarışlar, 2002 Güləş üzrə Avropa Çempionatı, 2015 Avropa Oyunları, 2017 İslam Həmrəyliyi Oyunları, 2017 Voleybol üzrə qadınlararası Avropa Çempionatı dediklərimizə parlaq sübutdur.
Bu cür uğurlar hər bir Azərbaycanlının qəlbində fərəh hissi oyatmaya bilməz. Axı, İdman təkcə sağlamlıq yox, həm də sağlam düşüncə, sağlam ruh, saf niyyət deməkdir. Bunu ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarında iştirak edən əcnəbi idmançıların və qonaqların gözlərindən və davranışlarından da oxumaq mümkündür.Onlar ölkəmiz haqqında özləri ilə mehribanlıq, səmimiyyət, dostluq, qonaqpərvərlik, mərdlik kimi millətimizə xas olan keyfiyyətləri və keçirdikləri xoş anların xatirələrini də aparırlar.
Bəs, həmişə dövlət rəhbərinin himayəsində olan idmanımıza başçılıq edən bəzi məmurlar, səlahiyyət sahibləri necə, görəsən, müqəddəs sayılan peşə borclarını vicdanla yerinə yetirə bilirlərmi?! Məsul olduqları sahənin cavabdehliyini dərk edirlərmi?! Dövlətə, Prezidentə, milli atributlarımıza sadiq qalırlarmı?!
Təəssüflər olsun ki, bu sahədə də müəyyən boşluqlar və öz həllini tapmayan nöqsanlar hələ də mövcuddur.
Dünyanın bir çox inkişaf etmiş Avropa ölkələrində Azərbaycan Evlərinin nəzdində idman və “Ana dili” məktəblərinin, Koordinasiya Şuralarının açılması xaricdə yaşayan həmvətənlərimizin öz milli dəyərlərini qoruyub saxlanılması və onların təbliğ olunması istiqamətində aparılan məqsədyönlü işlərin ən qısa sübutudur.
1997-ci ildə Ukraynaya rəsmi səfər edən Prezident Heydər Əliyev orada yaşayan azərbaycanlılarla görüşdə demişdi:
“Harada yaşamasından asılı olmayaraq, heç bir azərbaycanlı öz Vətənini, ulu babalarını, dilini unutmamalıdır. Harada yaşayırsansa yaşa, yaxşı da, pis də yaşasan, gərək ürəyin öz Vətəninlə, torpağınla döyünsün. Gərək nəbzin Vətənin nəbzi ilə vursun. Bu vətənpərvərlik hissi bizim hər birimizdə olmalıdır. O cümlədən, respublikamızdan kənarda, Ukraynada yaşayan azərbaycanlılarda da olmalıdır”.
Ölkədaxili İdman yarışlarına ev sahibliyi eləmək nə qədər çətin və məsuliyyətlidirsə, xaricdə yaşayan həmvətənlərimizin bu sahədə apardıqları korporotiv işlər ondan da ikiqat artıqdır.Yaşadıqları ölkənin konstitutsiya qanunları çərçivəsində fərdi və ictimai fəaliyyət vərdişlərinə yiyələnmək, məşğu olduqları sahənin məsuliyyətini dərk etmək, maddi-mənəvi dəyərlərimizi saxlamaq şərti ilə qeyri millətlərlə qaynayib qarışmaq, qarşılıqlı hörmət və ən əsası ümum Avropa dəyərləri kontekstində ortaq və beynəlmiləl mədəniyyətə yiyələnmək kimi funksional həyat tərzi ilə barışıb öz mili-mənəvi dəyərləri çərçivəsində hərəkət etmək, duruş gətirmək, əlbəttə ki, asan iş deyil. Bu baxımdam soydaşlarımızın vətənçilik və Azərbaycançılıq kimi müqəddəs hisslərini qoruyub saxlamaq və dövlətçilik istiqamətində vahid ideya ətrafında birləşib irəlləyişlər qazanməq hər birimizdən böyük məsuliyyət tələb edir.
2023-cü ildə Almaniyanın Maqdeburq şəhərində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bazar İqtsadiyyati İnstitunun rəhbəri Rolf Kunş və Maqdeburq şəhərinin deputatı Bernd Heyneman və başqa tanınmış şəxslərin iştirakı ilə Azərbaycan Evinin möhtəşəm açilişı yuxarıda dediklərimizin əyani sübutu kimi dəyərləndirilməlidir.Bu cür mötəbər insanların xeyir-duası ilə açılıb fəaliyyətə başlayan Azərbaycan Evinin və onun nəzdində “Ana dili” məktəbinin Heydər Əliyev adına və Diaspora Boks Liqasının fəaliyyətinin genişlənməsi ümumu məqsədlərimiz naminə daha böyük imkanlar yaradır.
2007-ci ildə LBN Boks adlı təsis etdilən klub Azərbaycanın tanıdılmasında böyük rol oynadı. Almaniya idman ictimaiyyətinin böyük marağına səbəb olan bu kilub öz nüfuzunu artıraraq 2012-ci ilin may ayında Heydər Əliyev adına olan böyük bir Dünya Boks Təşkilatına çevrilmiş oldu. Yarandığı gündən fəaliyyətə başlayan təşkilat təkcə Almaniyada deyil, dünyanın bütün ölkələrində fəaliyyət göstərməyə başladı.Təskilatın nəzdində təsis edilən Azərbaycan idmançıları ilə yanaşı müxtəlif ölkələrin idmançıları da bu Ali mükafat uğrunda peşəkar rinqdə mübarizə aparırlar. Təşkilatın əsas məqsədi Azərbaycan boksçları ilə yanaşı əcnəbi boksçları da bu təşkilata cəlb etməklə beynəlxalq arenalarda üçrəngli bqayrağımızı dalğalandırmaq , himnimizi səsləndirmək, Ulu Öndərin idmana olan tövsiyyələrinə sadiq qalmaq və təsis olunan “Heydər Əliyev adına Dünya Boks Kəməri” ali mükafatını əsrlər boyu əbədiləşdirmək misiyasını həyata keçirməkdən ibarətdir. Çünki bu böyük layihənin və böyük uğurun ölkəmiz üçün hansı şan-şöhrət və xeyir gətirəcəyini elə indidən də təsəvvür eləmək çətin deyil.
Boks dili ilə desək, rəqibi nokauta salana bu Kəmərin təqdim olunmasının çox böyük siyasi mənası var. Şahmat oyununa bərbər sayılan bu uzaqgörənlik və uzun gedişli dünyəvi mükafat Azərbaycana və onun idmanına həmişə başucalığı gətirəcəkdir. Rinqdə çoxlu xallar qazanan oyunçunun bu mükafata layiq görülməsi təkcə fiziki deyil, həmçinin mənəvi və coğrafi anlamda qalib olmasını da lazımınca şərtləndirəcək.Necə deyərlər, onun siyasi dünyagörüşünə və mənəvi zənginliyinə də müsbət təsir göstərəcək, eyni zamanda, bütöv bir məmləkətin-Azərbaycanın mənəvi gücünə söykənəcəyini öz üzərində daima hiss edəcək. Ümid edirik ki, Gənclər və İdman Nazirliyi bu möhtəşəm Ali mükafatın dünyanın idman arenasında əbədiləşdirilməsində öz diqqət və qayğısını əsirgəməyəcəkdir.
Əlbəttə, bu taleyüklü və böyük miqyaslı möhtəşəm layihənin başa çatdırılmasının çətinliyi və ağırlığı dərk ediləndir.Bu böyük zəhmət, gərgin fəaliyyət və böyük iradəli işçi qrupunun zəhmətləri hesabına reallaşa bilər. Əsas məsələ odur ki, bu böyük iş çoxdan başlayıb və bir çox uğurlara imza atmaqda davam etməkdədir. Yalnız və yalnız irəli getmək lazımdır.
Almaniyada lobbiçilik fəaliyyətini artırmaq, eləcə də digər Avropa ölkələrində yaşayan gənclərimizin sistemli həyat və peşə fəaliyyətlərini müəyyənləşdirməkdə, Azərbaycan Evinin və onun nəzdində Koordinasiya Şuralarının, idman və “Ana dili”məktəblərinin fəaliyyətlərini gücləndirməkdə Diasporla İş üzrə Dövlət Komitəsinin göstərdiyi qayğını görəsən, cavabdeh dövlət qurumları niyə göstərmir?!
Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri, Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü Yaşar Niftəliyev Gənclər və İdman Nazirliyinə etdiyi müraciətləri nə üçün cavabsız qalmalıdır?!
Diasporla İş üzrə Dövlət Komitəsi hər ilin may ayında — Ulu Öndərin doğum günündə bu kəmərlərin geniş miqyasda təbliğatına geniş yer ayırır.Gənclər və İdman Nazırlıyinin dəstəyi də hiss edilsə və birlikdə hərəkət istiqamətləri müəyyənləşsə, təbii ki, ali məqsədlərə doğru böyük addımlar atılmış olardı.Komitə 12 illik gərgin iş fəaliyyətinin göstəricisi kimi 2023-cü ilin sentyabr ayında dünyanın “BoxRec” sıralarına daxil olmağına baxmayaraq Gənclər və İdman nazirliyindən quruca təbrik məktubu da almayıb.
Boks iki adamın müəyyən qaydalar içində, hücum və müdafiə məqsədiylə yumruqlarını istifadə edərək döyüşdüyü bir idmandır.
Boks demək olar ki, cəmiyyətin yarandığı ilk dövrlərdən dünya xalqları arasında yayılmağa başlayıb. Beş min il bundan əvvəl Misir və Babilistanda mövcüd olan yumruq döyüşü bu idman növünün əsasını qoyub. Boks eramızdan əvvəl 688-ci ildə antik Olimpiya oyunlarının proqramına daxil edilmişdi.
Bunları xatırlatmaqla heç də yazı ilə boks “manej”ində yox, yazı “maneyi”ndə söz zərbələrinin gücünü əsla nümayiş etdirmək fikrində deyiləm. Məqsəd hədəfə atılan söz “zərbə”lərindən Boks idmanımızın gələcəyi namınə real nəticələr və uğurlar əldə etməkdir. İnanıram ki, kim olur-olsun – hər bir vətəndaş, məmur və o cümlədən, hər bir idmançı Vətənimiz, Dövlətimiz və İdmanımız namınə daha böyük qələbələrə imza atmalıdır.
Əmir Pəhləvan
Yazıçı-dramaturq, “İlham” qəzetinin redaktoru