Azərbaycanın daha iki qadın güləşçisi bu gün Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayacaq.
“Qafqazinfo” xəbər verir ki, 53 kq çəkidə Leyla Qurbanova 1/8 finaldan mübarizəyə başlayacaq. O, moldovalı Yuliye Leorda ilə qarşılaşacaq.
63 kq-dakı Elis Manolova isə Türkiyə idmançısı Aslı Demirlə çinli Jia Lonqun görüşünün qalibi ilə üz-üzə gələcək.
Həmçinin yunan-Roma güləşçilərimiz təsəlliverici görüşlərə qatılacaq. 60 kq çəkidə Murad Məmmədov litvalı Yustias Patraviçyusla misirli Ahmed Mahmudun görüşünün qalibini məğlub etməyə çalışacaq. 130 kq-da Sabah Şəriəti qazaxıstanlı Alimxan Sidikovdan üstün olmağa çalışacaq.
Qadın güləşçilərimizdən Tatyana Omelçenko çinli Xiaojuan Luo ilə üz-üzə gələcək.