Dünya Çempionatının mahnısı yayımlandı

Dünya Çempionatının mahnısı yayımlandı

2022-ci ildə Qətərdə oynanılacaq dünya çempionatı üçün geri sayım davam edərkən, FİFA YouTube hesabında azarkeşlər üçün hazırladığı mahnını yayımladı.

Kulis.az xəbər verir ki, Dünya Çempionatı üçün nəzərdə tutulan “Tukoh Taka” adlı mahnının ifaçıları Niki Minaj, Maluma və Myriam Faresdir.

Qeyd edək ki, Qətərin ev sahibliyi edəcəyi 2022-ci il Dünya Çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.

Share: