Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti uğurunu qazanıb.
Müstəqil.Az publika.az-a istinadən xəbər verir ki, 77 kq çəki dərəcəsində peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançımız ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayıb.
Həmyerlimiz yarışda Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. P.Abdullayev sonuncu hissədə rəqibini texniki nokautla məğlub edərək üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib.
Müstəqil.Az
Videonu izləmək üçün şəklə klikləyin: