ABŞ-ın Şimali Karolina ştatında dünyanın düz olduğunu iddia edən bir qrup şəxsin iştirakı ilə toplantı keçirilib.
400 nəfərlik toplantıda “NASA və digər Kosmik yalanlar”, “Elmi yolla düz dünya”, “Elmin yayılmış yalanlarına inanmaq” və s. kimi tezislərlə dünyanın düz olduğu bir daha iddia edilib.
İştirakçıların sözlərinə görə, insanları Tanrıdan ruhən uzaq saxlamaq üçün Yerin kürə formasında olması ilə bağlı yalanlar uydurulub.
Toplantı təşkilatçılarından biri Mark Sargent bildirib ki, “Düz dünya” nəzəriyyəsi alimlər tərəfindən yenidən araşdırılmalıdır.