Martın 25-də Amerika fond bazarlarında “Dow Jones” indeksi 0,41% – 39,313.64 bəndədək, S&P 500 indeksi 0,31% – 5,218.19 bəndədək, Nasdaq indeksi isə 0,27% – 16,384.47 bəndədək azalıb.
“-Economics”in məlumatına görə, Avropa fond bazarlarında isə martın 25-də Fransanın CAC-40 indeksi 0,001% – 8,151.60 bəndədək, FTSE 100 indeksi 0,17% – 7,917.57 bəndədək enib, Almaniyanın DAX indeksi isə 0,30% – 18,261.31 bəndədək artıb.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 0,03% artaraq 1.0840 dollar təşkil edib.