National Geographic məlumatları ilə hazırlanmışdır.
Hazırda Dünyanın fırlanma sürəti, ən sürətli nöqtəsi ekvatorda 1600 km-dir. Əslində fırlanma sürəti getdikcə yavaşıyır, ancaq çox da dərd ediləcək qədər deyil, sadəcə 100.000 ildə 2 saniyə qədər.
Dünya bu prosesə girdi və aradan bir neçə gün keçdi deyək. Təyyarələrin istiqamət tapmasını, eniş şərtlərini müəyyən edən sistem istifadəyə yararsız hala gələcəyi üçün dünyanın dörd bir tərəfində təhlükəli enmələr baş verir.
Riyazi quruluşun gözlənilməz şəkildə pozulmasının nəticəsi.
1 həftə sonra: 24 saat çəkən günlər artıq daha da uzandığı üçün bu vəziyyət insanların zamana ayaq uydurmasını getdikcə çətinləşdirir.
2 həftə sonra: Dünya saatda 15 km daha yavaş hərəkət edir. Zəncirvari reaksiya sürət qazanır.
3 ay sonra: Okean suları qütblərə doğru sürətlə çəkildikcə Kanada və Avropanın şimal bölgələrində ciddi su basqınları görünür.
Atmosfer nazikləşməyə başlayır və 1500 metrdə nəfəs almaq 4500 metrdəki ilə bərabər olur.
4 ay sonra: 1 gün artıq 27 saat 48 dəqiqədir. Gündüzlər və gecələr təxminən 2 saat daha uzandı. Köhnə fırlanma sürətinə görə Dünya 225 km daha yavaş hərəkət edir.
Yeni bir problem daha yaranır. Daha əvvəl heç zəlzələ görməmiş yerlər sarsılmağa başlayır.
Çünki Dünya yavaşladıqca yer altındakı təbəqələri fərqli sürətlərdə zəifləyir və bu da böyük miqyaslı sürtünmələrə səbəb olur. Yəni Dünya içəridən parçalanmağa başladı.
1 il sonra: 1 gün 30 saat çəkir. Fırlanma sürəti 340 km azalıb.
2.5 il sonra: 1 gün 124 saat çəkir. Dünya 1200 km daha yavaş hərəkət edir.
İnsanların ciddi bir yuxu problemi var. Gündüzlərin uzunluğu 2.5 günə bərabərdir, gecələr də həmçinin. Bu da bulanıq görmə və əzələ nəzarətini itirməyə səbəb olur.
4 il sonra: 1 gün 624 saat çəkir. Fırlanma sürəti yalnız 60 km-dir. Xatırlayaq, ilk fırlanma sürəti 1600 km idi.
Günəş 13 gün ərzində göy üzündə, gecələri isə 13 gün ərzində yoxa çıxır. 4 fəsil anlayışı da yoxdur. 2 mövsüm var, isti işıq və soyuq, qaranlıq. Gündüzlər 55, gecələr -55 dərəcə tempratur olur..
4.5 il sonra: 1 gün 768 saat çəkir. 16 gün ərzində batmayan bir günəş. Dünya dayanmaq üzrədir.
5 il sonra: Dünya tamamilə dayandı. 1 gün 1 ilə bərabərdir. Gecə və gündüz yarım il davam edir. Atmosfer, iqlimlər, okeanlar yeni bir tarazlığa oturur.
Dünya, fırlanmamasına baxmayaraq hələ də günəşin ətrafındadır. Günəş işığı Dünyanı sanki qovurur.
Dünya dayandıqdan 1 il sonra: Yeni bir planetə çevrilən Dünyada 6.5 milyard insan ölür.
Yaxşı xəbər, belə bir şey heç vaxt olmayacaq; Pis xəbər qlobal istiləşmədən dolayı fəlakətlər çoxdan başlayıb.